Azərbaycanın sülh formulu

Azərbaycan Prezidenti İlham Əliyevin son 2 həftə ərzində Qarabağ və Şərqi Zəngəzur bölgəsinə səfəri bir sıra mühüm mesajlarla yadda qaldı. Bu mesajlar hazırda Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin yekun versiyası ilə bağlı mövqeyimizin hansı kriteriyalara əsaslandığına tam aydınlıq gətirir.

30 il ərzində Azərbaycanın işğal edilmiş ərazilərində separatizmi stimullaşdıran, xalqımıza məxsus mədəni abidələrə qarşı vandal aktları törədən, təbiətimizə sağalmaz zərbələr vuran, təbii sərvətlərimizi talan edən işğalçı Ermənistanın bu gün sülh sazişinə dair tələblər irəli sürməsi absurddur.

Bakı qarşı tərəfin iddialarının əsassız olduğunu və belə bir davranışın yeni hərbi konfliktə gətirib çıxara biləcəyini ermənilərə yumşaq dillə başa salır, ancaq hayların beynəlxalq havadarları görünür, müharibənin yenidən alovlanmasına nail olmaq üçün Ermənistana hər cür basqını bundan sonra da davam etdirəcək.

AZƏRBAYCAN HAQLI TƏRƏFDİR

Müşahidələr onu göstərir ki, nə Ermənistan, nə də onun arxasında duran bəzi güclər Cənubi Qafqazdakı indiki status-kvonu dəyişə biləcək. Çünki, Bakı haqlı tərəf olduğunu bütün dünyaya sübut edib.
 

Üstəlik, qalib ölkə ola-ola Qarabağ ərazisində ermənilərə Azərbaycan qanunları çərçivəsində yaşamaq təklifini irəli sürüb və bununla bağlı hətta qaydalar da müəyyənləşdirib. Ancaq bu gün Bakıda mühakimə olunan separatçı liderlər vaxtilə İrəvandan və beynəlxalq güc mərkəzlərindən aldıqları tapşırıqlar əsasında bölgədə yaşayan erməniləri Ermənistana üz tutmağa təhrik etdilər.


Məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olmaq və prosesə “etnik təmizləmə” donu geydirmək idi. Qondarma Dağlıq Qarabağın ləğv edildiyi sənədini imzalayan Samvel Şahramanyanın sonradan bu sənədin hüquqi əsası olmadığını deməsi həmin təzyiqlərin bir elementi sayıla bilər. Qarabağda kök salmış separatçılar israrla Laçın dəhlizinin açılmasını tələb edir, dövlət içində dövlət qurmaq niyyətlərini ortaya qoyurdular.

O zaman separatçılıqla məşğul olanların cəzası nə olmalıdır? Beynəlxalq hüquq bu vəziyyətdə hansı addımların atılmasını vacib sayır? Təbii ki, separatizmi yox etməyi... Azərbaycan dövləti də məhz bunu etdi... Odur ki, bu gün yenə bölgədə separatçılığı qızışdırmağa çalışan beynəlxalq güclərin ölkəmizə qarşı irəli sürdükləri iddiaların heç bir hüquqi əsası yoxdur. 

HƏRBİ BALANS ÖLKƏMİZİN XEYRİNƏDİR

Prezidentin son mesajlarından o da aydın olur ki, 44 günlük müharibədə ağır məğlubiyyət Ermənistanın siyasi rəhbərliyi və onların Qarabağda qurduğu kriminal rejimin məsuliyyətinə yazılmalıdır.
 

Hazırda sərhəddə insidentlərin araşdırılması və silahlara birgə nəzarət mexanizmlərinin yaradılması üçün beynəlxalq güclərə müraciət edən, üstəlik, Bakını bu şərtlərə razı salmağa çalışan İrəvanın işğal illərində Azərbaycanın kompromis təkliflərini geri çevirdiyini hər kəs yaxşı xatırlayır.


Bəli, uzun illər havadarlarının dəstəyini arxalarında hiss edən və beynəlxalq qətnamələri kağız parçası kimi kənara atan, dırnaqarası “məğlubedilməz armada”larından ağız dolusu danışan, torpaqları geri qaytarmaq bir tərəfə dursun, hətta substantiv danışıqlar aparmaq üçün belə şərtlər irəli sürən Ermənistana elə bir zərbə vuruldu ki, hayların dünyadakı tərəfdaşları nə baş verdiyini bu qədər qısa müddətdə anlaya bilmədilər.

Həm 44 günlük müharibədə, həm də cəmi bir neçə saat çəkən antiterror əməliyyatlarında... Və nələr olduğunu dərk etməyən erməni lobbistləri sadəcə, bu məğlubiyyətin reallıqları ilə barışmaq məcburiyyətində qaldılar. Görünür, Azərbaycanın zəfər yürüşünü və Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları həzm edə bilməyən böyük güclər hər şeyi yenidən başlamaq üçün mövcud mürəkkəb vəziyyətdən istifadə etməyə çalışır.

ERMƏNİSTAN VƏ ONUN HAVADARLARINA SƏRT XƏBƏRDARLIQ

Beynəlxalq konyunkturun nə vaxtsa onun xeyrinə dəyişəcəyinə ümid bəsləyən, Fransa, Hindistan, Almaniya və digər ölkələrdən hərbi texnika alan, İsveçrə, Niderland kimi ölkələr, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların siyasi dəstəyini qazanan ermənilər sülh sazişi ətrafında spekulyasiyaların hansı nəticələrə gətirib çıxaracağını dərk etməlidir. Onlar isə hələ də siyasi möhtəkirliklə məşğul olurlar.
 

Məsələn, baş nazir Nikol Paşinyan sülh sazişini dərhal imzalamağa hazır olduğunu, Azərbaycandan cavabı səbirsizliklə gözlədiyini deyir. Üstəlik, “Qarabağ hərəkatı”nın dayandırıldığını, bu hərəkatın Ermənistana ziyan vurduğunu bildirir.


Ancaq xuntaçılar və keçmiş separatçılar hakimiyyətə qarşı çıxaraq Qarabağ mövzusunu Fransa, İsveçrə, Belçika, Niderland və digər ölkələrin parlamentlərində qaldırmaqla təzyiqlərini davam etdirməyə çalışırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə həm Braziliya televiziyasına, həm İran, həm də Qazaxıstanın xarici işlər nazirləri ilə görüşlərində iddia etdi ki, Azərbaycan sülh sazişini imzalamaq üçün ilkin şərtlər irəli sürür və bu şərtlər savamlı sülhü əngəlləyir.

Təbii, Mirzoyan ilkin şərtlər deyəndə, rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi, oradan Qarabağa dair müddəanın çıxarılması, eləcə də, ATƏT-in Minsk qrupunun ləğvini nəzərdə tutur. Halbuki, bu şərtlər son 2 il ərzində daim gündəlikdədir və Azərbaycanın təklif etdiyi yekun sülh sazişinin imzalanması üçün hüquqi baza rolunu oynayır. 
 

Görünür, İrəvan bu yolla 44 günlük müharibədən sonra imzaladığı təslim aktı ilə üzərinə götürdüyü digər tələblərdən, məsələn, kommunikasiyaların açılmasının optimal variantının tətbiqindən də imtina etməyə, silahlanmanı davam etdirməyə və revanş götürməyə çalışır.


Əlbəttə, hazırda Ermənistan nə siyasi, nə iqtisadi, nə də hərbi müstəvidə Azərbaycanla rəqabət aparmaq gücündə olmadığını anlayır, lakin hayların Qərb patronları Cənubi Qafqaza soxulmaq üçün regionda yeni müharibə ssenarilərini sınaqdan keçirməkdə israrlı görünürlər. Hətta tərəflər sülh sazişinin mətni üzərində işi başa vursalar belə.

PAŞİNYANIN “SÜLH TEZİSLƏRİ”NDƏ NƏ VAR?

Prezident İlham Əliyevin mart ayı ərzində verdiyi mesajlar Azərbaycanın sülh strategiyasının əsas elementlərini özündə biləşdirir. Erməni tərəfi bu tezislərə qarşılıq vermək istəsə də, uğursuzluqla üzləşir. Çünki, İrəvan üçün sülh sazişinin Bakı variantından qaçış yoxdur. Hərçənd, ermənilər konstitusiya dəyişikliyi və Minsk qrupunun ləğvi məsələsində bəzi pozitiv işarələrə əl atır.
 

Lakin Paşinyan konstitusiya dəyişikliyinin 2027-ci ilə nəzərdə tutulduğunu deməklə əslində, sülh sazişinin davamlı olacağını şübhə altına alır. Çünki, Ermənistanda yaxın 2-3 il ərzində daxili proseslərin necə gedəcəyini proqnozlaşdırmaq o qədər də asan deyil. Azərbaycanla yeni müharibəni təşviq edən revanşistlərin hələ də güclü olması konstitusiya dəyişikliyinin baş tutmayacağı ehtimallarını artırır.


Bu nöqteyi-nəzərdən, Prezident İlham Əliyevin məğlub ölkəyə ünvanladığı mesajlar doğru analiz edilməli, Azərbaycanın Ermənistana sülhün əsas formulu ilə manipulyasiya etmək imkanı tanımayacağı başa düşülməlidir. Əks halda, hay məmləkətinin növbəti ağır məğlubiyyətlə üzləşəcəyi qaçılmaz olacaq.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkəmizdə qızılca ilə bağlı SON VƏZİYYƏT

Ölkəmizdə qızılca ilə bağlı SON VƏZİYYƏT

Ertem Şenerdən Qurban Qurbanova maraqlı hədiyyə - VİDEO

Ertem Şenerdən Qurban Qurbanova maraqlı hədiyyə - VİDEO

Yuxu zamanı bu qədər kalori itiririk – Həkim AÇIQLADI

Yuxu zamanı bu qədər kalori itiririk – Həkim AÇIQLADI

Həftəlik tirajın növbəti qalibi bəllidir!

Həftəlik tirajın növbəti qalibi bəllidir!

Emin Əmrullayevdən Naxçıvan Müəllimlər İnstitutunun bağlanması iddialarına CAVAB

Emin Əmrullayevdən Naxçıvan Müəllimlər İnstitutunun bağlanması iddialarına CAVAB

Yaponlar bir avtomobilin alınıb-alınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul

Yaponlar bir avtomobilin alınıb-alınmayacağını cəmi 5 dəqiqəyə anlayırlar: Bu da həmin üsul

“Zirə” səfərdə “Kəpəz”ə qalib gəldi - VİDEO

“Zirə” səfərdə “Kəpəz”ə qalib gəldi - VİDEO

Ata Abdullayev azadlığa çıxmaq istəyir

Ata Abdullayev azadlığa çıxmaq istəyir

Dekabr ayının HAVASI: 18 dərəcə şaxta... – AYLIQ PROQNOZ

Dekabr ayının HAVASI: 18 dərəcə şaxta... – AYLIQ PROQNOZ

Lavrovdan jurnalistin sualına ironik CAVAB – VİDEO

Lavrovdan jurnalistin sualına ironik CAVAB – VİDEO

Baksol yolunda güclü YANĞIN – VİDEO

Baksol yolunda güclü YANĞIN – VİDEO

Qeydiyyat yeri olmayanların NƏZƏRİNƏ – Bu yolla şəxsiyyət vəsiqəsi almaq MÜMKÜNDÜR

Qeydiyyat yeri olmayanların NƏZƏRİNƏ – Bu yolla şəxsiyyət vəsiqəsi almaq MÜMKÜNDÜR

Bakıda binanın zirzəmisindən meyit tapıldı

Bakıda binanın zirzəmisindən meyit tapıldı

Hikmət Hacıyev NATO Baş Qərargahında – FOTO

Hikmət Hacıyev NATO Baş Qərargahında – FOTO

Yusif Mustafayev: “Allah telefon çıxaranın evini yıxsın”

Yusif Mustafayev: “Allah telefon çıxaranın evini yıxsın”

Amerikalı legioner “Naxçıvan” KLUBUNDA

Amerikalı legioner “Naxçıvan” KLUBUNDA

Rəqabət qanunvericiliyini pozanlara bu cəza VERİLƏCƏK

Rəqabət qanunvericiliyini pozanlara bu cəza VERİLƏCƏK

Prezidentdən AYNA ilə bağlı FƏRMAN

Prezidentdən AYNA ilə bağlı FƏRMAN

Bu ölkələrdə hamı ingilis dilini BİLİR

Bu ölkələrdə hamı ingilis dilini BİLİR

Eltondan Lalə Məmmədova ilə bağlı qalmaqallı AÇIQLAMA - VİDEO

Eltondan Lalə Məmmədova ilə bağlı qalmaqallı AÇIQLAMA - VİDEO

İlham Əliyev Çin liderinə başsağlığı verdi

İlham Əliyev Çin liderinə başsağlığı verdi

Partiyalar büdcədən ayrılan 6 milyonu necə XƏRCLƏYƏCƏKLƏR? – SORĞU

Partiyalar büdcədən ayrılan 6 milyonu necə XƏRCLƏYƏCƏKLƏR? – SORĞU

Putindən Ukraynaya müharibənin dayandırılması ilə bağlı ULTİMATUM

Putindən Ukraynaya müharibənin dayandırılması ilə bağlı ULTİMATUM

"Hörümçək adam" rolunu oynayan aktyor dünyasını dəyişdi – FOTO

"Hörümçək adam" rolunu oynayan aktyor dünyasını dəyişdi – FOTO

End of content

No more pages to load

RADİO