Azərbaycan “D-8”ə tamhüquqlu ÜZV OLDU

Azərbaycan hökuməti 2025-ci il martın 19-da səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda yerləşən katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi şəkildə təqdim edib. Bununla da Azərbaycan D-8 Təşkilatına tamhüquqlu üzv olub.

Bizim.Media xəbər verir ki, bu barədə Təşkilatın Katibliyi açıqlama yayıb.

Açıqlamada deyilir: “Azərbaycanın D-8-ə doqquzuncu üzv kimi qoşulması təşkilat üçün mühüm bir hadisədir. Bu inkişaf üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsinə və Nizamnamədə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsinə yeni imkanlar açacaq”.
 

Xatırladaq ki, Azərbaycan ötən il dekabrın 19-da Misirin Qahirə şəhərində keçirilən D-8 üzv ölkələrinin dövlət və hökumət başçılarının XI Sammitində təşkilata üzvlüyü ilə bağlı müraciət edib və bu müraciət yekdilliklə qəbul olunub.


Qaydalara uyğun olaraq, Sammitin bu qərarından sonra Azərbaycanın təşkilata tamhüquqlu üzv olması üçün D-8 Nizamnaməsini ratifikasiya etməsi tələb olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi 2025-ci il martın 7-də bununla bağlı qanunu (149-VIIQ saylı Qanunu) qəbul edib və bu qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib.

Məlumat üçün bildirək ki, Azərbaycan 2022-ci ildə təşkilata üzvlük üçün müraciət etmişdi.

Qeyd edək ki, 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının zirvə toplantısında D8-in qurulduğu rəsmən elan olunub. Sammitdə təşkilatın qurulması ilə bağlı İstanbul qətnaməsi qəbul edilib. 

Təşkilata üzv dövlətlər bunlardır: Azərbaycan, Banqladeş, Türkiyə, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

End of content

No more pages to load

RADİO