Türkiyənin Azərbaycandakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.
“Martın 19-da Gədəbəydə iki Azərbaycan əsgərinin qar uçqunu altında qalaraq həlak olduğunu bu gün kədərlə öyrəndik.
Faciəli hadisə nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik.
Əziz Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

Bizim.Media