Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi layihəsini imzalamağa hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan özünün “X” hesabında qeyd edib.
“Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Razılaşdırılmış layihəyə imzamı qoymağa hazıram”, - deyə Ermənistan baş naziri yazıb.

Bizim.Media