USAİD-lə bağlı Bakıda İSTİNTAQ


Azərbaycan Baş Prokurorluğunda “QHT İşi” ilə bağlı cinayət işi başladılıb.

Bizim.Media ”gununsesi.info”ya istinadən xəbər verir ki, bu cinayət işi çərçivəsində 2014-cü ildə başladılan, ancaq sonradan dondurulan işlər də var. Artıq proses çərçivəsində “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və ictimai fəal Alpay Məmməd həbs edilib.

Media Hüquqları İnstitutunun təmsilçisi Xalid Ağaəliyev, o cümlədən Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov istintaqa cəlb olunub. Bundan başqa, onlarla QHT rəhbəri dindirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb.

Saytın iddiasına görə, yeni cinayət işi ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrantların alınması ilə bağlıdır. Yada salaq ki, ötən ay USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılmasına dair ABŞ-yə bildiriş göndərilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən USAID Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur.
Məlumata görə, bu qurumdan qrant alan bütün təşkilatların təmsilçiləri istintaqda dindirilir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Gununsesi.info-ya açıqlamasında bu prosesdən təəccübləndiyini deyib:


“Hələ ki, məni çağırmayıblar. Çağırsallar, gedəcəyəm. Dövlət orqanları var ki, Dünya Bankından, Avropa İttifaqından, USAİD-dən qrantlar alıb. QHT-lər də bu qurumların aldıqlarından qat-qat az qrant alıb. Bu pullar cəmiyyətdə mariflənməyə, insanlara pulsuz hüquqi xidmət göstərməyə, kəndlərdə su çəkilişlərinə, məktəb-baxça təmirlərinə yönəlib. Heç kəs aldığı pullardan dövlətə qarşı istifadə etməyib. Ona görə də nə baş verdiyini başa düşməyə çalışırıq”.

Məlum olduğu kimi 1991-ci ildən ölkəmizdə fəaliyyət göstərən USAID-in Azərbaycandakı 34 illik fəaliyyəti yalnız iqtisadi və sosial sahələrə dəstək olmaqdan ibarət deyildi. ABŞ hökumətinin maliyyələşdirdiyi bu qurumun həyata keçirdiyi layihələr zahirən humanitar və iqtisadi inkişaf yönümlü görünsə də, əslində, təşkilatın əsas məqsədlərindən biri də ölkənin ictimai-siyasi həyatına təsir göstərmək olub.

Rəsmi məlumatlara görə, USAID Azərbaycanda kənd təsərrüfatı, qadın sahibkarlığı, kiçik və orta biznesin inkişafı, gənclərin bacarıqlarının artırılması istiqamətində fəaliyyət göstərib. Bununla yanaşı, səhiyyə sektoru və idarəetmə islahatlarına da maliyyə ayırıb. 34 il ərzində təşkilat Azərbaycana ümumilikdə 431 milyon dollar vəsait ayırıb ki, bu da kifayət qədər böyük məbləğdir.

Lakin burada vacib bir məqam var: USAID sadəcə bir yardım təşkilatı deyil, ABŞ hökumətinin xarici siyasət alətlərindən biridir. Təşkilatın fəaliyyəti təkcə sosial-iqtisadi layihələrlə məhdudlaşmır, eyni zamanda, ölkənin daxili ictimai-siyasi proseslərinə də təsir etməyi hədəfləyir. Tarix göstərir ki, bu tip donor təşkilatları humanitar yardım və iqtisadi dəstək adı altında müəyyən siyasi məqsədlər güdür. USAID də Azərbaycanda uzun illər ərzində müxtəlif qruplara dəstək verməklə ABŞ-ın maraqlarını ön plana çıxarmağa çalışıb.

Bu cür təşkilatların əsas məqsədlərindən biri də müəyyən sosial və siyasi şəbəkələr qurmaq, yerli strukturların ABŞ-ın təsir dairəsində olmasını təmin etməkdir. ABŞ hökumətinin maliyyələşdirdiyi təşkilatın tamamilə neytral və yalnız humanitar məqsədlərlə fəaliyyət göstərdiyini iddia etmək çətindir. USAID-in dəstəklədiyi layihələr nə qədər müsbət təsir bağışlasa da, nəticə etibarilə təşkilatın əsas məqsədi Azərbaycanın daxili proseslərinə nüfuz etmək və müəyyən qrupları öz təsir dairəsində saxlamaq olub.

Bu baxımdan, USAID-in ölkədəki fəaliyyətinin başa çatması, əslində, Azərbaycanın daxili siyasi prosesləri üçün vacib bir dəyişiklikdir. Bunun Azərbaycana hansı təsirləri olacağını zaman göstərəcək, lakin bir şey aydındır: bu tip beynəlxalq təşkilatların fəaliyyəti hər zaman siyasi məqsədlərlə sıx bağlıdır və onların ölkədən çıxması həmin dövlətin müstəqil qərarlar qəbul etməsi baxımından yeni mərhələyə keçid ola bilər.

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Musavat.com-a danışıb.


“Təbii ki, istintaq tam aydınlaşdıracaq ki, qanunvericiliyə müvafiq olaraq ayrılan qrantlar qeydiyyatdan keçibsə, bu məsələdə hüquqi problem yoxdur. Bir neçə il əvvəl Azərbaycan qanunvericiliyində dəyişikliklər edilib və həmin dəyişikliklərə əsasən, xaricdən maliyyələşmə məsələlərində qeyri-hökumət təşkilatları Ədliyyə Nazirliyinə məlumat verməli və bu proses şəffaf aparılmalıdır. Əgər bu fəaliyyət qanun dəyişikliyindən əvvəl həyata keçirilibsə, o zaman məsələ bir başqa müstəvidə dəyərləndirilməlidir. Lakin əgər həmin qanun qəbul edildikdən və qadağa qüvvəyə mindikdən sonra müvafiq icazə olmadan qrantlar ayrılıbsa, bu, artıq tamamilə fərqli yanaşma və araşdırma tələb edən məsələdir” deyə, deputat bildirib.

Deputata görə, istənilən halda, baş verən bu proses bütövlükdə xoşa gələn deyil:

“Çünki burada həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də jurnalistlərin fəaliyyəti ilə bilavasitə bağlı məqamlar var. Əlbəttə, heç kim istəməz ki, bu cür hallar yaşansın. Lakin istənilən halda qanun varsa, ona riayət etmək hər kəsin borcudur. Kimliyindən, peşəsindən və ictimai mövqeyindən asılı olmayaraq, qanunlara əməl edilməlidir. Əgər qanun pozulubsa, bu, məsuliyyət yaradır. Bu məsuliyyət inzibati də ola bilər, əgər ortada cinayət tərkibli hərəkətlər varsa, cinayət məsuliyyəti də yarana bilər. Hazırda məsələ istintaq mərhələsindədir. İstintaq orqanları bu işlə bağlı araşdırmalar aparır və bu prosesə hər hansı müdaxilə istintaqa təzyiq kimi qiymətləndirilə bilər. Ən azından arzumuz budur ki, heç kim araşdırmaların nəticəsi olaraq cinayət məsuliyyətinə cəlb olunmasın və proses cəmiyyət üçün ağrısız nəticələnə bilsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Sumqayıtın iki marşrutunda gedişhaqqı ARTDI

Sumqayıtın iki marşrutunda gedişhaqqı ARTDI

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan FOTOSU

Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan FOTOSU

Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı ARTIB

“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı ARTIB

Məktəblərdə üç fənn BİRLƏŞİR

Məktəblərdə üç fənn BİRLƏŞİR

Telefon almaq istəyənlərə PİS XƏBƏR – Yaxın aylarda...

Telefon almaq istəyənlərə PİS XƏBƏR – Yaxın aylarda...

Zelenski Ukraynadan qovula bilər

Zelenski Ukraynadan qovula bilər

Ciblərinə pul axacaq 4 bürc

Ciblərinə pul axacaq 4 bürc

Hər gün bir saat telefondan uzaq dursaq nələr ola bilər?

Hər gün bir saat telefondan uzaq dursaq nələr ola bilər?

“TikTok”da tapdığı “plastik cərrah” əməliyyatdan sonra qadını ŞİKƏST etdi – “Ağzım əyilir” - VİDEO

“TikTok”da tapdığı “plastik cərrah” əməliyyatdan sonra qadını ŞİKƏST etdi – “Ağzım əyilir” - VİDEO

Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH

Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH

Daha bir ailə dəm qazından ZƏHƏRLƏNDİ

Daha bir ailə dəm qazından ZƏHƏRLƏNDİ

Metohəssas insanların DİQQƏTİNƏ - Maqnit qasırğası var

Metohəssas insanların DİQQƏTİNƏ - Maqnit qasırğası var

Trampdan İranla bağlı daha bir vacib AÇIQLAMA

Trampdan İranla bağlı daha bir vacib AÇIQLAMA

Bu rayonda İŞIQ kəsiləcək

Bu rayonda İŞIQ kəsiləcək

Dövlət Yol Polisi sürücülərə MÜRACİƏT etdi

Dövlət Yol Polisi sürücülərə MÜRACİƏT etdi

Samvel Karapetyan yenidən həbs edildi

Samvel Karapetyan yenidən həbs edildi

Zaqatalada bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB

Zaqatalada bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB

End of content

No more pages to load

RADİO