Fərid Şahbazlı ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTO

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Avstriyanın paytaxtı Vyanada şəhərində ATƏT tərəfindən təşkil olunan “Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Tədbirdə ATƏT-ə üzv ölkələri təmsil edən diplomatlar, media və qht təmsilçiləri, rəsmi nümayəndə heyətləri iştirak edib. Tədbirdə çıxış edən Fərid Şahbazlı Ermənistanın dezinformasiya siyasəti və mina terroru haqqında məlumat verib.

Bizim.Media Fərid Şahbazlının çıxışını olduğu kimi təqdim edir:

Hörmətli konfrans iştirakçıları,

Dezinformasiya bu gün qlobal informasiya mühitinin ən təhlükəli elementlərindən biridir. Xüsusilə, münaqişə bölgələrində saxta məlumatların yayılması təkcə ictimai rəyi manipulyasiya etmir, həm də sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın Qarabağ məsələsi ilə bağlı illərdir apardığı dezinformasiya siyasəti bunun ən açıq nümunələrindən biridir.

Bu kontekstdə Azərbaycanın üzləşdiyi ən ciddi problemlərdən biri Ermənistanın uzun illər boyu apardığı sistemli dezinformasiya kampaniyalarıdır. Xüsusilə, Qarabağ münaqişəsi və post-müharibə dövründə Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün uydurma xəbərlər yayması, saxta humanitar böhran görüntüsü yaratması və tarixi faktları təhrif etməsi bunun açıq sübutudur.

Dezinformasiyanın əsas məqsədi reallıqları gizlətmək, beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək və informasiya məkanında haqlı tərəfi günahkar kimi göstərməkdir.

Ermənistan mediası və onun dəstəklədiyi lobbi qrupları saxta görüntülər, yalan məlumatlar və manipulyativ hesabatlarla Azərbaycan əleyhinə kampaniyalar aparır. Bu cür hallar yalnız Azərbaycanı hədəf seçmir, eyni zamanda beynəlxalq ictimaiyyəti aldatmaq və ədalətdən yayınmaq məqsədi daşıyır.
 

Xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistanın müharibədən keçən 5 il ərzində mina xəritələrinin Azərbaycana tam və doğru təqdim etməməsi səbəbindən Qarabağda çox sayda mülki şəxs və jurnalistlər həyatını itirib. Bu dəhşət hələ də davam edir.


ATƏT və beynəlxalq təşkilatlar dezinformasiya ilə mübarizədə ədalətli yanaşma sərgiləməli, media platformalarında qərəzli və manipulyativ məlumatların yayılmasına qarşı effektiv mexanizmlər formalaşdırmalıdır.

Çünki saxta informasiya təkcə dövlətlərarası münasibətlərə deyil, bütövlükdə qlobal təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır.

Biz həqiqəti müdafiə etməyə davam etməliyik. Çünki doğru informasiya olmadan nə demokratiya, nə sülh, nə də beynəlxalq əməkdaşlıq mümkündür.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

End of content

No more pages to load

RADİO