Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında davam edən yekun sülh sazişinə dair danışıqlar nəhayət ki, başa çatıb. Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun XII Qlobal Bakı Forumu çərçivəsində İrəvanın Bakının son iki maddə ilə bağlı tələblərini də qəbul etdiyini deməsi və sülh müqaviləsi ətrafında danışıqların yekunlaşdığını anons etməsinə Ermənistandan reaksiya özünü çox gözlətmədi.

Xarici işlər naziri Ararat Mirzoyanın ofisi müzakirə və gərgin mübahisə predmeti olan 17 maddədən ibarət müqavilənin üzərində işlərin tamamlandığını doğrultmaqla ən çox vaxt alan məqamların - Ermənistanın konstitusiyasında ediləcək dəyişikliklərin və iki dövlət arasındakı sərhəddə üçüncü tərəfin mövcudluğunu istisna edən tələblərin qəbul edildiyini təsdiqlədi.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İrəvan niyə tələsir?

Rəsmi Bakının danışıqların başa çatmasını elan etməsinin ardınca İrəvanın tələsik və gizlədilməyən sevinc dolu reaksiyası ona dəlalət edir ki, Paşinyan hökuməti Azərbaycanla sülhün əldə edilməsinə tələsir.
 

Hərçənd bu, aldadıcı fon yaratmaq cəhdi də ola bilər. Prezident İlham Əliyevin XİN rəhbərinin məlum bəyanatının verildiyi anda, yəni XII Qlobal Bakı Forumunun açılış mərasimində Bakının İrəvana inanmadığını bir daha vurğulaması, özü də bunu beynəlxalq ictimaiyyətin düşünən beyinləri qarşısındakı çıxışında etməsi onu göstərir ki, Ermənistanın razılığı Azərbaycan paytaxtında maksimum şəkildə ehtiyatlı optimizm olaraq qəbul edilir.


Bunun üçün kifayət qədər əsas var və Azərbaycan Ermənistanla 30 illik qarşıdurma tarixinin sürprizlərini diqqətə almaya bilməz. Dövlət başçısının Paşinyandan yazılı təsdiq tələb etməsi onu göstərir ki, İrəvanın xarici təzyiqlərə tab gətirməyərək verdiyi sözdən dönməsi kimi təhlükə hələ də mövcuddur.

Bəs nədən İrəvan hərəkətlərində bir xaotiklik və tələskənlik göstərir? Hansı səbəbdən Ermənistanın xarici siyasətinə məsul şəxslər sülh müqaviləsini dərhal imzalamağa hazır olduqlarını nümayiş etdirirlər və yaxud ən azı belə bir görüntü yaratmağa çalışırlar?

Çox güman ki, bunun başlıca səbəbi hakim komandanın bir gözünün gələn il keçirilməsi gözlənilən parlament seçkilərində olmasıdır.

Ermənistan parlamentli respublikadır və Paşinyanın bir baş nazir olaraq gələcək aqibəti də məhz seçki kampaniyasının nəticələrindən asılıdır. Ermənistanın hakim qüvvəsi əhaliyə göstərmək istəyir ki, xalqın və ölkənin qarşısında duran ən taleyüklü problemin çözümünə nail olub.

Daha erməni xalqının övladları müharibəyə yollanmayacaqlar, ölkə iqtisadi tənəzzüldən qurtulmaq üçün real fürsətlər əldə edib.

Yeni reallıq dövlətlə yanaşı, hər bir fərdin də rifah halına təsir göstərmiş olacaq - sərhədlər açılacaq, kommunikasiyalar bərpa olunacaq, ticarət dirçələcək. Paşinyan seçkilərə məhz bu şüarlarla gedəcək deyə, Azərbaycanla əldə edilən sülhün belə tələskənliklə elan edilməsini həm də təbliğat kampaniyasının başlanğıcı kimi dəyərləndirmək olar.

Paşinyan niyə razılığa gəldi?

Bütün şübhələri bir kənara qoyub İrəvanın niyyətinin saflığına inansaq və Paşinyanın hipotetik sülhün tərəfdarı olduğunu düşünsək belə, ortaya olduqca vacib sual çıxır: Niyə? Hansı səbəbdən Ermənistan müxtəlif bəhanələrlə uzatdığı, xarici təsirlərlə ümidlənib əngəllər yaratdığı sülh gündəmini qəbul etdi? Paşinyan hansı maneələri dəf edə bildi ki, önündə Azərbaycanla sülhə gəlmək üçün heç bir həddin qalmadığına əmin oldu?
 

Son bir neçə ayın geosiyasi trafiki ona dəlalət edir ki, İrəvanın hətta ehtimalən belə sülhə gəlmək qərarını diktə edən əsas amillər daxili deyil, xarici mənbəlidir. Ermənistan cəmiyyətində revanşist qüvvələr var və güman ki, hər zaman olacaqlar.


Onların qarşıdakı günlərdə və aylarda sülh müqaviləsinə qarşı silsilə aksiyalar keçirəcəklərinin şahidi olacağıq. Nə qədər ki, Qarabağ klanının qanlı nümayəndələri yaşayırlar, erməni cəmiyyətindəki ekspansionist ab-hava tükənməyəcək. Ona görə də Paşinyanın daxildə hansısa maneəni aşdığını düşünmək bir qədər çətindir. 

İrəvanın Azərbaycanın kritik iki tələbini qəbul etməyə məcbur olması formalaşmış beynəlxalq konyunktura da bağlıdır. Bayden adminsitrasiyasının gedişindən sonra okeanın o tayında olan dayaqlarını itirmiş Ermənistan hakimiyyəti istədiyini artıq Avropada da tapa bilmir. Makron əvvəlki kimi qonaqpərvər və əliaçıq deyil. İndi onun başı cəmi 20%-lik dəstəklə daxildəki problemlərinə qarışıb. Fransa və Avropa İttifaqının Trampın kömək əlini çəkməsi nəticəsində Rusiya ilə üz-üzə qalmaları Ermənistan kimi ucqarları avtomatik olaraq arxa plana keçirir.

Ermənistan Qərbi Avropanın yaxşı gününün oyuncağıdır və təəssüf ki, bu qədər zamanı bada verən Paşinyan ötən illər ərzində bu reallığı ya dərk etməyib, ya da edə bilməyib.

Qərbdəki hamilərindən olan və 2018-ci ildən bu yana mərhələlərlə Rusiya ilə körpüləri yandıran Paşinyanın düşdüyü çıxılmaz vəziyyət onun Azərbaycanla sülhə gəlməsinin əsas və mühüm səbəbidir. Bölgə reallıqlarından qaçan, xoşbəxtliyi uzaq Qərbdə axtaran hazırkı Ermənistan müttəfiqi Rusiyanı da itirməklə, faktiki olaraq, Azərbaycan və Türkiyənin nəzarətinə keçməyin astanasındadır. Müxalifət və revanş aşiqlərinin qaldıracaqları ümumxalq isterikası da bu mürəkkəb dalandan çıxmaq üçün yetərli olmayacaq.

Sülh müqaviləsi nə vaxt və harada imzalanacaq?
 

Ermənistan mediasında artıq mümkün sülh müqaviləsinin imzalanma yeri və tarixi barədə ehtimallar da səslənməyə başlayıb. Hadisələrin arxasınca sürünən erməni cəmiyyətinin belə görünür ki, seyrçi olmaqdan başqa əlacı da qalmayıb.


Sülh müqaviləsinin imzalanacağı yerə gəldikdə isə istisna deyil ki, belə təkliflərlə çıxış edənlər çox olacaq. Çoxları ev sahibliyi etməklə problemin çözümünə şərik çıxmağa çalışacaq. Ancaq reallıq budur ki, bu sülhün bir müəllifi var - dəmir iradəli lideri, cəsur ordusu olan Azərbaycan xalqı. Odur ki, son söz yenə də bizdədir!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Sumqayıtın iki marşrutunda gedişhaqqı ARTDI

Sumqayıtın iki marşrutunda gedişhaqqı ARTDI

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan FOTOSU

Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan FOTOSU

Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

Rəşad Məcid: “Sosial mediada ictimai qınaq da olmalıdır”

“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı ARTIB

“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı ARTIB

Məktəblərdə üç fənn BİRLƏŞİR

Məktəblərdə üç fənn BİRLƏŞİR

Telefon almaq istəyənlərə PİS XƏBƏR – Yaxın aylarda...

Telefon almaq istəyənlərə PİS XƏBƏR – Yaxın aylarda...

Zelenski Ukraynadan qovula bilər

Zelenski Ukraynadan qovula bilər

Ciblərinə pul axacaq 4 bürc

Ciblərinə pul axacaq 4 bürc

Hər gün bir saat telefondan uzaq dursaq nələr ola bilər?

Hər gün bir saat telefondan uzaq dursaq nələr ola bilər?

“TikTok”da tapdığı “plastik cərrah” əməliyyatdan sonra qadını ŞİKƏST etdi – “Ağzım əyilir” - VİDEO

“TikTok”da tapdığı “plastik cərrah” əməliyyatdan sonra qadını ŞİKƏST etdi – “Ağzım əyilir” - VİDEO

Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH

Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH

Daha bir ailə dəm qazından ZƏHƏRLƏNDİ

Daha bir ailə dəm qazından ZƏHƏRLƏNDİ

Metohəssas insanların DİQQƏTİNƏ - Maqnit qasırğası var

Metohəssas insanların DİQQƏTİNƏ - Maqnit qasırğası var

Trampdan İranla bağlı daha bir vacib AÇIQLAMA

Trampdan İranla bağlı daha bir vacib AÇIQLAMA

Bu rayonda İŞIQ kəsiləcək

Bu rayonda İŞIQ kəsiləcək

Dövlət Yol Polisi sürücülərə MÜRACİƏT etdi

Dövlət Yol Polisi sürücülərə MÜRACİƏT etdi

Samvel Karapetyan yenidən həbs edildi

Samvel Karapetyan yenidən həbs edildi

Zaqatalada bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB

Zaqatalada bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNİB

End of content

No more pages to load

RADİO