Üzdə sülh, pərdəarxasında savaş HAZIRLIĞI – Ermənistanın revanş planının SENSASİON DETALLARI

Məlum olduğu kimi, Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Lakin bu Ermənistanın yaxın zamanlarda sülh müqaviləsini imzalaması anlamına gəlməməlidir.

Çünki Azərbaycanın iki mühüm tələbinin yerinə yetirilməsi sülh üçün əvəzolunmaz şərtdir.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni bloqerdən ETİRAF: “Mina terrorunun günahkarları İrəvandadır” – EKSKLÜZİV


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında sözügedən məqamlardan söz açıb. Nazir vurğulayıb ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların Konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:

“Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təchizatlarının da ləğv olunması vacib amildir”.

Ermənistanın qeyri-səmimiyyəti

Məlum olduğu kimi, Ermənistan hər zaman sözdə sülhdən danışsa da, əməldə fərqli mövqe ortaya qoyub. Ona görə də rəsmi İrəvanın səmiyyətinə güvənmək mümkün deyil.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakıda keçirilən XII Qlobal Bakı Forumundakı çıxışında bu məsələyə də xüsusi yer ayırıb:

“Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində Ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Biz hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, Ermənistanın baş nazirinin əmri ilə edilib:

“Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Biz isə bunu etmədik. Biz Ermənistan ordusuna, işğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq”.

Dövlət başçısı əlavə edib ki, Ermənistana etimad səviyyəsi sıfıra bərabərdir:
 

“Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır.


Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur.

İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?”.

Ermənistan yeni müharibəyə hazırlaşır

Dövlət başçısı dünənki çıxışında Ermənistanın yeni müharibəyə hazırlaşdığını da vurğulayıb:

“Onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür”.

“Ermənistan səmimiyyətini praktikada ortaya qoymalıdır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, İrəvan sülh məsələsində hər zaman qeyri-səmimi olub:
 

“Ermənistan özünü sülh tərəfdarı kimi aparır. Amma bununla bərabər vaxtilə Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam edirdi. Yəni Ermənistan sülh ritorikasında hər zaman səmmiyyətdən uzaq olub. İndi də eyni vəziyyət müşahidə edilir.


Onlar bir tərəfdən sülh ritorikasına üstünlük verir, digər tərəfdən də şübhəli təmasları genişləndirir. Sistemli şəkildə silahlanır, həmçinin, müxtəlif beynəlxalq platformalarda Azərbycanın ünvanına əsassız ittihamlar səsləndirirlər. Ermənistan öz praktik addımları ilə sülh ritorikasında nə dərəcədə səmimi olduğunu ortaya qoymalıdır. Hələliksə bunu görmürük”.

Müsahibimiz qeyd edib ki, sülh mətni hazır olsa da, bu İrəvanın tam olaraq konstruktiv mövqe sərgiləyəcəyi demək deyil:

“Sülh mətni hazırdır, mübahisəli iki məqam da razılaşdırıldı. Amma bu hələ Ermənistanın tam konstruktiv mövqe sərgiləməsi anlamına gəlmir. Etibarlı, dayanıqlı sülhün imzalanması üçün İrəvan prinsipial mövqe sərgiləməlidir. Ermənistan konstitusiyasında 1990-ci ilin müstəqillik haqqında deklarasiyasına istinad olunur. Orada isə Azərbaycana qarşı ərazi iddiası əks olunub. Ona görə də Ermənistan konstitusiyasında dəyişiklik etməli, Bakının tələblərini yerinə yetirməlidir”.

İrəvan Minsk qrupunun saxlanılmasında niyə maraqlıdır?

Professor İrəvanın ATƏT-in Minsk qrupunun qalmasında maraqlı olmasını onun münaqişə vəziyyətinin qalmasında maraqlı olması ilə əlaqələndirdi:
 

“Ermənistan isə havadarlarının köməyilə beynəlxalq ictimai rəyi çaşdırmaqda davam edir. Daim sülhdən bəhs edir, amma eyni zamanda sülhü əngəlləyən mövqe nümayiş etdirir. ATƏT-in Minsk qrupu məsələsində də İrəvanın mövqeyi qeyri-konstruktivdir.


Ermənistan rəsmiləri açıq mətnlə bəyan edib ki, onlar Minsk qrupunun fəaliyyətinin davam etdirilməsində maraqlıdırlar. ATƏT-in Minsk qrupu münaqişəni aradan qaldırmaq üçün yaradılmışdı. Deməli, həmin qurum qalmaqda davam etməsi hələ də keçmiş münaqişə vəziyyətinin qalması anlamına gəlir. Ermənistan da məhz belə bir təsəvvürün qalmasına çalışır.

Burada regionda gərginlik yaratmaq istəyən kənar güclərin iradəsi də özünü göstərir. O baxımdan düşünürəm ki, Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, İrəvan Azərbaycanın irəli sürdüyü şərtlərə qeyd-şərtsiz əməl edərək, sülh ritorikasında səmimi olduğunu göstərməlidir”.

E.Mirbəşiroğlunun fikrincə, sülh mətninin hazır olması hələ sülhün əldə edilməsi anlamına gəlmir:

“Azərbaycanın prinsipial tələbləri mütləq şəkildə yerinə yetirilməlidir ki, dayanıqlı sülh əldə edilsin. İrəvan Bakının tələblərini yerinə yetirmədən sülh sazişini imzalamaq istəyirsə, bu ondan xəbər verir ki, Ermənistan gələcəkdə Azərbaycana qarşı revanş almaq imkanını saxlamaq niyyətindədir. İndiki halda isə zaman udmaq məqsədilə “sülh sazişini imzalamaq istəyi”ni nümayiş etdirir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsullar bahalaşdı – SİYAHI

Bu məhsullar bahalaşdı – SİYAHI

Bu hallarda işçilərə intizam tənbehi vermək mümkün olmayacaq

Bu hallarda işçilərə intizam tənbehi vermək mümkün olmayacaq

“Şamaxı” milli komandaya qarşı

“Şamaxı” milli komandaya qarşı

Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

Trampın növbəti hədəfi bu ölkədir

Trampın növbəti hədəfi bu ölkədir

Bakı metrosu rəqəmsala KEÇİR

Bakı metrosu rəqəmsala KEÇİR

Haker psixoloq qeydlərini oğurlayıb 33 min insanı ŞANTAJ ETDİ

Haker psixoloq qeydlərini oğurlayıb 33 min insanı ŞANTAJ ETDİ

“Turan Tovuz” Polşa klubu ilə qarşılaşır

“Turan Tovuz” Polşa klubu ilə qarşılaşır

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

2026-cı il üçün gözlənilməz TREND - Bu yaşda insanlar evdən işləməyə başlayıblar

2026-cı il üçün gözlənilməz TREND - Bu yaşda insanlar evdən işləməyə başlayıblar

Bakı metrosunda NFC ödənişləri aktivləşdirildi

Bakı metrosunda NFC ödənişləri aktivləşdirildi

Türkiyədə təhsil alan azərbaycanlı tələbə qəfil HƏYATINI İTİRİB

Türkiyədə təhsil alan azərbaycanlı tələbə qəfil HƏYATINI İTİRİB

Dünyada ən çox yumurta istehlak edən ölkələr AÇIQLANDI

Dünyada ən çox yumurta istehlak edən ölkələr AÇIQLANDI

SON DƏQİQƏ: Bakı metrosunda ÖLÜM

SON DƏQİQƏ: Bakı metrosunda ÖLÜM

Azərbaycanda tanınmış həkim VƏFAT etdi

Azərbaycanda tanınmış həkim VƏFAT etdi

“Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

“Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

Ermənilər "Koroğlu"nu oğurlayıb necə "David" etdilər?

Ermənilər "Koroğlu"nu oğurlayıb necə "David" etdilər?

Divanda uzanaraq həyatlarını yaşayan BÜRCLƏR

Divanda uzanaraq həyatlarını yaşayan BÜRCLƏR

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Sumqayıtın iki marşrutunda gedişhaqqı ARTDI

Sumqayıtın iki marşrutunda gedişhaqqı ARTDI

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparılır

End of content

No more pages to load

RADİO