Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Eldar İbrahimovun martın 12-də 80 yaşı tamam olur.
Xatırladaq ki, Eldar İbrahimov 12 mart 1945-ci ilə Naxçıvanda anadan olub.
Milli Məclisinin deputatı, iqtisadi elmləri doktoru, professordur.
3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının sədri seçilib.
Bizim.Media