Əli Nağıyev Katrin Bombergerlə GÖRÜŞDÜ

Martın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
 

Bildirilib ki, tərəflər 2022-ci ilin aprel ayında baş tutmuş görüşdən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın tapılması məqsədilə həyata keçirilən birgə fəaliyyəti müsbət dəyərləndirilib.


Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycan  Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirlərdən, Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib.

Xidmət rəisi, eyni zamanda itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistanın əməkdaşlıq etmək niyyətində olmadığını və hələ də qeyri-konstruktiv mövqe sərgilədiyini bildirib.

Komissiya sədri Əli Nağıyev Beynəlxalq Komissiyanın Qiymətləndirmə missiyası tərəfindən tərtib edilərək Azərbaycan tərəfinə təqdim olunmuş itkin düşmüş şəxslərin axtarışı imkanlarını özündə əks etdirən hesabat barədə də fikirlərini çatdırılıb, sözügedən təşkilatın Dövlət Komissiyasının işinə göstərdiyi dəstəyə görə minnətdarlıq edib.
 

Xanım Katrin Bomberger isə rəhbəri olduğu Beynəlxalq Komissiyanın hazırladığı hesabat sənədinin əhəmiyyətinə toxunmuş, Dövlət Komissiyası ilə qarşılıqlı fəaliyyət çərçivəsində mühüm işlərin görüldüyünü və komissiyalararası münasibətlərin gələcək inkişafına birgə səylərlə önəmli töhfələr veriləcəyinə dərin inamını ifadə edib.


Görüşdə, həmçinin itkin şəxslərin taleyinə tezliklə aydınlıq gətirilməsi ilə bağlı ümumi maraq kəsb edən digər məsələlər də geniş müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir?

Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir?

Alzheimer xəstəliyinin müalicəsində İNQİLAB

Alzheimer xəstəliyinin müalicəsində İNQİLAB

Qırmızı diplomlar tarixə QOVUŞUR?

Qırmızı diplomlar tarixə QOVUŞUR?

Bakıda keçiriləcək WUF13 Ümumdünya Şəhərsalma Forumu üçün media akkreditasiyasına start verildi

Bakıda keçiriləcək WUF13 Ümumdünya Şəhərsalma Forumu üçün media akkreditasiyasına start verildi

Soyuq havada infarkt riski 3 dəfə artır – Kardioloqdan XƏBƏRDARLIQ

Soyuq havada infarkt riski 3 dəfə artır – Kardioloqdan XƏBƏRDARLIQ

Alim Qasımov nəvəsinin toyunda rep dedi — VİDEO

Alim Qasımov nəvəsinin toyunda rep dedi — VİDEO

49 yaşlı kişi su kanalına düşərək ölüb

49 yaşlı kişi su kanalına düşərək ölüb

Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?

Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?

KİV: İranda etirazlarda ölənlərin sayı 3 mini keçib

KİV: İranda etirazlarda ölənlərin sayı 3 mini keçib

Bu aviaşirkətlərə XƏBƏRDARLIQ EDİLDİ

Bu aviaşirkətlərə XƏBƏRDARLIQ EDİLDİ

Yuxusuzluqdan əziyyət çəkənlərin DİQQƏTİNƏ - Bunları etsəniz...

Yuxusuzluqdan əziyyət çəkənlərin DİQQƏTİNƏ - Bunları etsəniz...

ARB-nin cəzalanmasına səbəb olan serialın kinoteartda nümayişi dayandırıldı

ARB-nin cəzalanmasına səbəb olan serialın kinoteartda nümayişi dayandırıldı

Tacir Şahmalıoğlu Şəbnəmin ad gününə 11 min manat yazdırıb

Tacir Şahmalıoğlu Şəbnəmin ad gününə 11 min manat yazdırıb

10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO

10 yaşlı Sərxanı xilas edən polkovnik-leytenant Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO

Boğazına sümük ilişən qıza Neftçilər xəstəxanasında yardım edilmədi – ŞİKAYƏT

Boğazına sümük ilişən qıza Neftçilər xəstəxanasında yardım edilmədi – ŞİKAYƏT

Qurban Qurbanov: “Hazırlığımızdan razı qaldım”

Qurban Qurbanov: “Hazırlığımızdan razı qaldım”

Bu şəxslərə "ölüm pulu" verilməyəcək - AÇIQLAMA

Bu şəxslərə "ölüm pulu" verilməyəcək - AÇIQLAMA

Bu məhsullar bahalaşdı – SİYAHI

Bu məhsullar bahalaşdı – SİYAHI

İşçilərə intizam tənbehi vermək bu hallarda mümkün olmayacaq

İşçilərə intizam tənbehi vermək bu hallarda mümkün olmayacaq

“Şamaxı” milli komandaya qarşı

“Şamaxı” milli komandaya qarşı

Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

Trampın növbəti hədəfi bu ölkədir

Trampın növbəti hədəfi bu ölkədir

Bakı metrosu rəqəmsala KEÇİR

Bakı metrosu rəqəmsala KEÇİR

Haker psixoloq qeydlərini oğurlayıb 33 min insanı ŞANTAJ ETDİ

Haker psixoloq qeydlərini oğurlayıb 33 min insanı ŞANTAJ ETDİ

End of content

No more pages to load

RADİO