ABŞ İrana hücum hazırlıqlarına BAŞLADI – “Bu bölgə işğal ediləcək”

ABŞ prezidenti Donald Tramp İranla nüvə silahı proqramı üzrə razılaşmanı müzakirə etmək istədiyini bildirib.Tramp bu barədə “Fox Business Network” telekanalına müsahibəsində danışıb.

ABŞ lideri martın 6-da İranın Ali lideri Əli Xameneiyə məktub göndərərək, danışıqlar aparacaqlarına ümid etdiyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp: “Zelenski uşağın əlindən konfetini alırmış kimi, ABŞ-dan 350 milyard qopardı” - VİDEO


"İran danışıqlara getməsə, bu, onlar üçün çox pis olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var", - Tramp deyib.

Məktubdan göründüyü kimi, Tramp İrana qarşı təhdid variantını işə salıb.

Lakin Trampın təklifinə Xameneinin cavabı mənfi olub. İranın Ali rəhbəri İran ABŞ-la danışıqlar aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

Görəsən, İran danışıqlara getməkdən imtina edərsə, Tramp hansı addımları atacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, Trampın məktubuna müsbət cavab verilməsə, ABŞ-ın cavabı İranın neft sektorunu bloklamaqdan, onun müdafiə sənayesini çökdürməkdən ibarət olacaq:

“Tramp Xameneiyə göndərdiyi məktubda ABŞ İran danışıqlarına başlanılacağına ümid etdiyini bildirib. Xüsusi olaraq onu da qeyd edib ki, İran heç bir halda nüvə silahına sahib ola bilməz.

İran danışıqlara getməsə onun üçün olduqca pis olacaq.
 

Bu məktubu təhdid məktubu da adlandırmaq olar. Bir sözlə, İrana qarşı Tramp tərəfindən ciddi addımların atılacağı, kəskin sanksiyaların tətbiq ediləcəyi gözlənilir. Tramp komandasının bəzi üzvləri tərəfindən bu istiqamətdə müəyyən açıqlamalar gəlməkdədir.


Trampın maliyyə naziri qeyd edib ki, Vaşinqton İranın neft sektorunu bloklamağı və bununla da onun müdafiə sənayesini çökdürməyi planlaşdırır. Eyni zamanda, beynəlxalq dənizlərdən keçən İran tankerlərinin yoxlanılması ssenarisi də öyrənilir. Yəni bütün istiqamətlərdə İrana yönəlik sanksiyaların gücləndirilməsi, basqıların artırılması nəzərdə tutulub. Belədə, Tramp danışıqlara gedilməsə, İrana qarşı sərt addımlar atacağının anonsunu verib. İran tərəfi Trampın təhdidlərinin fərqində olmalıdır”.

Həmsöhbətimiz düşünür ki, ABŞ-ın  İrana qarşı sanksiyalarında İsrail aktiv rol alacaq və hətta Təl-Əvivin əsas prosesin iştirakçısı olması da mümkündür.

Siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Xamenei ölkə daxilində islahatçıların səsini kəsib:
 

“Pezeşkianın İranı beynəlxalq aləmə açmaq, sanksiyaları zəiflətmək və dialoq tapmaq cəhdləri iflasa uğradı. Görünür, Pezeşkian hakimiyyəti təhvil vermək məcburiyyətində qalacaq. Onsuz da, nominal şəxs kimi onun hadisələrə onsuz da təsir imkanları yoxdur”.


Ekspertə görə, Trampın müsbət cavab almadığı təqdirdə, İrana qarşı atacağı addım ilk növbədə Qüdsü tam ələ keçirib, ondan proksi savaşda İrana və uzantılarına qarşı istifadə etmək olacaq:

“Ən təsirli addımı isə güman ki, İraqda Haşdi Şabi vasitəsilə atacaqlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

End of content

No more pages to load

RADİO