Hikmət Hacıyev: “Ermənistan cinayətlərinin unudulacağına inanırsa, çox böyük səhv edir” – FOTO

“Azərbaycanda 1991-2023-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi kimi çoxsaylı ağır cinayətlər, o cümlədən insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə, habelə SSRİ-nin son illərində həyata keçirilən qanunsuz fəaliyyətlərdə ittiham olunan şəxslərə qarşı məhkəmə prosesi davam etdirilir.

Prosesdə Ermənistanın hərbi təcavüzü və işğalına görə dövlətin məsuliyyət daşıması, habelə onun siyasi-hərbi rəhbərliyi və agentlərinin cavabdehliyi ilə bağlı mühüm faktlar aşkar edilib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında bildirib.

“Görünən odur ki, bu proses Ermənistanın siyasi rəhbərliyini ciddi narahat edir, onları Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmənin əleyhinə yeni təbliğat kampaniyası başlatmağa sövq edir. Ümid edirik ki, Ermənistan digər beynəlxalq hüquqi öhdəlikləri ilə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü kimi bu kontekstdə törədilmiş təcavüz aktına, hərbi cinayətlərə və digər ağır cinayətlərə görə məsuliyyətini etiraf edər.

Ermənistan hökuməti məhkəmə prosesinin əleyhinə lüzumsuz təbliğat aparmaq əvəzinə, keçid dövrünün ədalətinin və regionda davamlı sülhün bərpasına kömək etmək üçün məhkəmə prosesi ilə əməkdaşlıq etməlidir. Sülh üçün əsl niyyət və Azərbaycanla münasibətlərdə yeni başlanğıc, digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini etiraf etməyə və hərbi cinayətlərdə ittiham olunanları, xüsusən də hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə nümayiş etdiriləcək.
 

Lakin Ermənistan cinayətlərinin zaman keçdikcə unudulacağına və ya yox olacağına inanırsa, çox böyük səhv edir. Populist ritorika yox, ədalət və sülh üçün real addımlar lazımdır.


Bununla əlaqədar olaraq, mən Ermənistanın siyasi rəhbərliyini, məhkəmə orqanlarını və beynəlxalq tərəfdaşlarını BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi olaraq dərc etdiyi 2019-cu il “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında hesabat” (A/74/676 – S/2020/90) ilə tanış olmağa dəvət edirəm.

Azərbaycan Ermənistanın hərbi təcavüzünə hərbi-siyasi vasitələrlə uğurla son qoyduğu kimi, indi də təcavüzün günahsız qurbanlarının hüquqlarının təmin edilməsi, ədalətin bərqərar olması, hərbi təcavüzdə, insanlıq əleyhinə cinayətlərdə və hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin və dövlətin məsuliyyətə cəlb edilməsində unikal məhkəmə təcrübəsi nümayiş etdirir.

Bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlərin, müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasında beynəlxalq ictimaiyyət üçün mühüm presedent rolunu oynayır”, - deyə Hikmət Hacıyev qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

End of content

No more pages to load

RADİO