Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasser Abdul Kərimi qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Diplomat Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə H.Hacıyevə öz təşəkkürünü bildirib.
Görüşdə iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
Bizim.Media