İlham Əliyev Qazaxıstanın Baş nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu bildirərək, Prezident Kasım-Jomart Tokayevlə həm Azərbaycanda, həm də Qazaxıstanda mütəmadi görüşlərini xatırladıb. Qazaxıstan Prezidentinin ötən il Azərbaycanda keçirilən COP29-da iştirakına görə bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, bu, Qazaxıstanın ölkəmizlə həmrəyliyini nümayiş etdirib, həmçinin konfransın uğurla yekunlaşmasına öz töhfəsini verib.
 

Dövlətimizin başçısı COP29-da bir sıra vacib məsələlərin razılaşdırıldığını, eyni zamanda, ölkələrimizi daha da yaxınlaşdıracaq layihələrin formalaşdırıldığını qeyd edib.


Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin ölkəmizə səfəri zamanı vacib layihələrin ətraflı müzakirə olunacağına, əldə edilmiş razılıqların həyata keçiriləcəyinə və bütün istiqamətlər üzrə gələcəkdə də sıx əməkdaşlığın aparılacağına ümidvarlığını bildirib.

Xalqlarımızın qardaş xalqlar olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, bu, qarşılıqlı münasibətlərimizin tarixi boyu dəfələrlə sübut olunub.

Azərbaycanın və Qazaxıstanın sosial-iqtisadi inkişaf sahəsində yaxşı göstəricilər nümayiş etdirən qardaş dövlətlər olduğunu söyləyən Prezident İlham Əliyev beynəlxalq arenada, bölgəmizdə və daha geniş regionda ölkələrimizin vacib roluna toxunub.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Oljas Bektenov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

Qazaxıstanın Baş naziri deyib ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, ölkələrimiz arasında əlaqələr inkişaf edir və o, bu məsələdə Azərbaycan və Qazaxıstan prezidentlərinin etimada əsaslanan münasibətlərinin rolunu qeyd edib.

Əlaqələrimizin potensialına toxunan Oljas Bektenov bildirib ki, Qazaxıstan və Azərbaycan hökumətləri hər iki ölkənin prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün səy göstərirlər. O, bu xüsusda dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, Transxəzər muldimodal nəqliyyat marşrutunun inkişafı üzrə fəal iş apardıqlarını dedi və bu marşrutla yük axınının ötən il 60 faiz artdığını diqqətə çatdırıb.

Söhbət zamanı hərtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq ifadə olunub, son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən 3 dəfə artdığı, nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında artımın davam etdiyi vurğulanıb. Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə invesitisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin yaşıl enerji sahəsində COP29 çərçivəsində imzalanmış sualtı kabel xətti ilə Azərbaycan və Qazaxıstan energetika sisteminin birləşdirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

End of content

No more pages to load

RADİO