"Xocavənd rayonunun Hadrut və Tuğ kəndlərində artıq layihələndirmə yekunlaşıb".
Bizim.Media xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, torpaq işləri yekunlaşıb:
“Hazırda ərazidə yol kommunikasiyaları şəbəkəsinin çəkilməsi ilə əlaqədar müvafiq tədbirlər icra olunur".
Bizim.Media