XİN-dən Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı BƏYANAT

“33 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla ötən əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı soyqırımı törədilib. 1 gecədə 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımının 33-cü ildönümündə bu dəhşətli cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı xüsusilə azərbaycanlıların çoxluq təşkil etdiyi Bağanis Ayrım, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində törədilən kütləvi qətliamların xronologiyasına baxmaq Xocalı soyqırımının Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu anlamaq üçün kifayətdir.

Xocalı şəhərinin hələ 1991-ci ildən mühasirəyə alınması, avtomobil əlaqəsi və elektrikin kəsilməsi, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə kütləvi şəkildə atəşə tutularaq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliyin törədilməsi bu qətliamın məqsədyönlü və planlı şəkildə icra edilməklə, mahiyyəti etibarilə soyqırımı olduğunu təsdiqləyir. Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 68 qadın və 26 uşaq daxil olmaqla, 1275 nəfər əsir götürülüb”, - vurğulanıb.

Bildirilib ki, Xocalı soyqırımı zamanı mülki insanların xüsusi amansızlıqla qətlə yetirilməsi, onlara qarşı nümayiş olunan qeyri-insani rəftar, verilmiş işgəncələr, öldürülən insanların nəşinin alçaldılması kimi elementlər özlüyündə beynəlxalq humanitar hüquq, insan hüquqları hüququ, bu istiqamətdə mövcud beynəlxalq konvensiyalar, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyalara zidd olmaqla, beynəlxalq hüquqi məsuliyyət doğurur:

“Xocalı cinayətkarlarının etirafları, xüsusilə soyqırımı şahidləri tərəfindən də kimliyi təsbit edilmiş Monte Melkonyanın Xocalının “strateji məqsəd olmaqla yanaşı, revanş aktı” olduğunu bildirməsi, soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıda ermənilərin dinc azərbaycanlılara əl qaldırmayacağı streotipini qırması” və bununla bağlı “heç bir peşmanlığın duyulmaması” bəyanatları Xocalı soyqırımının məqsədyönlü şəkildə törədildiyini və soyqırımı ilə bağlı beynəlxalq hüquqi məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü sübuta yetirir.
 

Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı mövcud fakt və dəlillərə etinasızlığı Ermənistanın azərbaycanlılara qarşı müharibə cinayətlərinin həm keçmiş işğal dövründə, həm də 44 günlük Vətən müharibəsi zamanı xüsusilə mülki obyektlərə hücumlarla davam etməsinə səbəb oldu”.


“Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində isə suverenliyimizin bərpa olunması, Xocalının azad olunması, müharibə cinayətkarlarının hüquqi məsuliyyətə cəlb olunması tarixi ədalətin təcəssümüdür.

Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir.

Xocalı soyqırımının 33-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini bir daha dərin ehtiramla yad edirik”, - bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

End of content

No more pages to load

RADİO