Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, XİN başçısı rəsmi "X" hesabında yazıb:
"Bir gecədə uşaq, qadın və qoca olmaqla 613 nəfərin həyatına son qoyan Xocalı soyqırımından 33 il keçir.
Biz Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və soyqırımı siyasətinin günahsız qurbanlarını anır və heç vaxt unutmuruq. Bu ağır cinayətin təqsirkarlarının məsuliyyətə cəlb olunması istiqamətində səylərimizi davam etdiririk".

Bizim.Media