Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

“Pakistanın Baş naziri Şahbaz Şərifin bu gün Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Baş nazirin Azərbaycanda yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevlə keçirdiyi görüş və verilən mühüm mesajlar iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, iki dövlət arasında münasibətlər bir sıra çətin tarixi sınaqlardan üzüağ çıxıb. F.Şahbazlı bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan bu dərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcək: “Azərbaycanla Pakistanı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İki qardaş ölkə hər zaman bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyib. Pakistan 44 günlük Vətən müharibəsinin başlandığı ilk andan Azərbaycana öz mənəvi və siyasi dəstəyini ifadə edən ölkələrdən biri oldu. Azərbaycan dövləti və xalqı Pakistanın ölkəmizin haqq işinə verdiyi dəstəyi daim böyük ehtiramla xatırlayır.

Azərbaycan da hər zaman bütün prinspial məsələlərdə, xüsusi ilə Cəmmu və Kəşmir məsələsində Pakistana öz qardaş dəstəyini nümayiş etdirib. Bu mövqe problemin beynəlxalq hüququn normaları, BMT-nin müvafiq qətnamələri və beynəlxalq humanitar hüquqa əsaslanır.

Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq, geniş miqyaslı humanitar və təhsil layihələri həyata keçirilir. Bu layihələr Pakistan xalqı tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır”.

Siyasi şərhçi qeyd edib ki, Pakistan baş nazirinin ölkəmizə səfəri iki dövlət arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından da son dərəcə əhəmiyyətlidir: “Cənab Prezident İlham Əliyev Pakistan heyəti ilə görüşdə bir daha xatırlatdı ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Bu investisiyalar neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılması sahələrinə yönələcək ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək.

Bundan başqa iki ölkə liderinin iştirakı ilə keçirilən Azərbaycan-Pakistan biznes forumunda qarşılıqlı investisiya yatırımları müzakirə edilib. Bu, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq”.

F.Şahbazlı bildirib ki, Baş nazirin səfəri zamanı müdafiə, ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı müvafiq razılıqların əldə edilməsi strateji sahələrdə əlaqələrin gücləndirilməsinə və regional təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

End of content

No more pages to load

RADİO