Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və ölkəsinə dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “X” səhifəsində yazıb.
"Bu gün Bakıda əziz qardaşım Prezident İlham Əliyevlə gözəl görüş keçirdim. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkür etdim. Bu ilin aprelində əziz qardaşım Prezident İlham Əliyevin Pakistana səfərini səbirsizliklə gözləyirəm", - Ş.Şərif yazıb.

Bizim.Media