Trampın AĞILASIĞMAZ TƏLƏBİ – Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK?

Ukrayna prezidenti Volodimir Zelenskinin ətrafında çəmbər daralır. Təkcə öz yaxınları deyil, həm də güvəndiyi dövlətlər ondan üz çevirir. Bunu görən Ukrayna prezidenti “va-bank” gedir. O artıq Rusiyaya yox, həm də ABŞ-a qarşı cəbhə açır.

Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib ki, biz ABŞ-dən lazımi dəstəyi hiss etmirik:

“Bilirik ki, onlar və bəzi Aİ ölkələri bizi NATO-da görmək istəmirlər. Lakin bu, daha çox Rusiyanın istəyidir”.

Deyilənlərdən belə çıxır ki, Zelenski ABŞ-la Rusiyanı eyni maraqdan çıxış etdiyini düşünür.

İş niyə bu həddə gəlib çatdı?

Nəzərə alaq ki, ABŞ prezidenti Donald Tramp heç vaxt Zelenskini lider kimi qəbul etməyib. Tramp hələ bir il əvvəl demişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski tarixin ən böyük ticarətçisidir:

“Hər dəfə o, (Zelenski nəzərdə tutulur) ABŞ-a gələndə 50 və ya 60 milyard dollarla çıxıb gedir. Mən bunu heç vaxt bacarmamışam. O, məndən yaxşı ticarətçidir".

Bu günlərdə isə ABŞ prezidenti Ukraynanın müharibədə itkilərinin 700 min nəfərə çatdığını iddia edərək rezonans doğuran açıqlama verib:

“Düşünürəm ki, Ukrayna müharibədə 700 min insan itirib. Biz peyklər vasitəsilə döyüş meydanındakı cəsədləri və bədən hissələrini görürük. Zelenski öz vəzifəsini pis idarə edir, xalqı boş yerə ölür”.

Nəzərə alaq ki, Tramp adminstrasiyası Zelenskini heç andiçmə mərasiminə də dəvət etməmişdi. Və ondan sonrakı bir ay müddətində rəsmi Vaşinqton Zelenski ilə hər hansı bir təması mümkünsüz sayıb. Təbii ki, bu da Zelenskini ciddi narahat edir. Qeyri-ixtiyari Amerikanın siyasi dairələri barədə rəsmi Vaşinqtonun xoşuna gəlməyən fikirlər səsləndirir.

Bu isə vəziyyəti daha da gərginləşdirir. Təsadüfi deyil ki, Zelenskinin son açıqlamalarından sonra ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski səxavətinə görə Birləşmiş Ştatlara təşəkkür etməlidir:

“ABŞ olmasaydı, nə Zelenski, nə də Ukrayna mövcud olardı".

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, iş adamı İlon Mask da Ukrayna prezidenti barədə ciddi ittihamlar səsləndirib. O, Zelenskini amerikalı jurnalist Qonzalo Liranı qətlə yetirməkdə ittiham edib.

"Zelenski amerikalı jurnalisti öldürdü!" – deyə Mask”X” paylaşımında bildirib.

Bu isə o deməkdir Trampın komandası Zelenskinin təkcə devrilməsini yox, həm də həbsini istəyir.

Rəsmi Vaşinqtonun bununla bağlı müəyyən arqumentləri var.

Birincisi ondan ibarətdir ki, ötən 3 ildə Zelenski təkcə ABŞ-dan 200 milyard dollara yaxın yardım alıb. Üstəlik, bu günə qədər bu yardımın auditi aparılmayıb. Halbuki, Amerikanın özünün iqtisadi problemləri var. Hazırda ABŞ-ın ümumi borcu 37 trilyon dollara yaxındır. İqtisadiyyat defolt vəziyyətindədir.

Belə çətin bir dönəmdə siyasi hakimiyyətə qayıdan Trampı narahat edən əsas məsələ xəzinənin doldurulmasıdır. Bunun üçün də Ağ Evin yeni sahibləri müxtəlif yollar axtarır. Bu yollardan biri də Ukraynaya qədər uzanır. Çünki ABŞ və Avropa ölkələrinin Ukraynaya yardımları faydasız yerə xərclənməklə yanaşı Zelenski komandası kifayət qədər xarici borcun altına girib.

Hazırkı reallıqsa onu göstərir ki, Ukrayna müharibədən qurtulsa belə, borclardan xilas ola bilməyəcək. Ona görə də Tramp açıq və qəti şəkildə Zelenskinin qarşısına şərt qoydu ki, köməyin davamını istəyirsənsə, Ukrayna sərvətlərinin yarısını ABŞ-a ver. Bu məqsədlə Münhendə ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə müvafiq sənəd də verib. Bu sənəd ABŞ-yə Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi.

“Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb ki, Zelenski sözügedən sazişi imzalamayıb:

"Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib".

Bu da Tramp Adminstrasiyasını heç də məmnun etməyib. Ona görə də rəsmi Vaşinqton Zelenskinin təkcə devrilməsini yox, həm də həbsini istəyir.

Tramp Zelenskidən istədiyi sərvət nə qədərdir?

Beynəlxalq ekspertlərin dediyindən məlum olur ki, ABŞ rəhbərinin mübarizəsi heç də 500 milyard dollar üzərində deyil. Bu rəqəm təsəvvürə gəlməz  qədər böyükdür. Belə ki, Ukrayna hazırda 18 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir. Bu da o deməkdir ki, Tramp Zelenskidən nə az, nə çox düz 9 trilyon dollara yaxın sərvət tələb edir. Bu tələbsə nəinki ədalətsiz, həm də ağılasığmazdır. Bu əslində müstəmləkəçiliyin yeni formasıdır.

Nəzərə alaq ki, Ukraynanın təbii sərvətləri arasında litium, qrafit, kobalt, titan və nadir torpaqlar kimi sənaye üçün vacib minerallar yer alır. Bu ölkə titan, sirkonium, qrafit və manqan istehsalı üzrə dünya üzrə ilk 10 ölkə arasında yer alır. Litium ehtiyatlarına görə isə Ukrayna Avropada liderdir.

Ukraynanın nadir torpaq metalları ehtiyatları arasında lantan, serium, neodimium və itrium kimi mühüm elementlər mövcuddur ki, bunlar müxtəlif yüksək texnologiyalı sahələrdə, o cümlədən elektrik maşınları, külək turbinləri və nüvə enerjisi üçün istifadə olunur. Bu sərvətləri ələ keçirən və ya bu sərvətlərdən pay qopara bilən ölkələr müdafiə sənayesi və təhlükəsizlik məsələlərində, yüksək texnologiyalar və istehsal prosslərində, elektrikli nəqliyyat və eneirji keçidində, ümumi iqtisadi inkişafda, geosiyasi rəqabətdə ciddi uğurlar və hətta liderlik mövqeyi əldə edə biləcək.
 

Nəzərə alaq ki, litium və kobalt kimi minerallar, elektrikli avtomobillər və enerji saxlama texnologiyaları üçün vacibdir. Nadir torpaq metalları, yüksək texnologiyalar və külək turbinləri kimi sahələrdə istifadə olunur. Titan və digər minerallar, hərbi avadanlıqların istehsalında vacibdir. Bu sərvətlərin hasilatı və emalı istənilən ölkənin iqtisadiyyatını gücləndirər, beynəlxalq gücünə güc qatar.


Ona görə də Zelenskinin imtinası başa düşüləndir.

Bəs, bu addım Zelenski üçün hansı nəticələri doğuracaq?

Bunu da yaxın aylarda biləcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Abbas Bağırov Bakıdan köçdü

Abbas Bağırov Bakıdan köçdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Zaqatalada AĞIR QƏZA

Zaqatalada AĞIR QƏZA

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

End of content

No more pages to load

RADİO