İlham Əliyev Artur Rasi-zadəyə “Heydər Əliyev” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən dövlətimizin başçısı deyib:

"Hörmətli Artur müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafına töhfə vermisiniz. Müxtəlif məsul vəzifələrdə çalışaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük səylər göstərmisiniz həm sovet dövründə, həm də müstəqillik dövründə. Ulu Öndər Heydər Əliyev sovet dövründə sizin peşəkarlığınızı, biliklərinizi nəzərə alaraq,- hələ o vaxt siz gənc yaşlarınızda idiniz,- sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin etmişdir, Nazirlər Sovetinin sədrinin müavini vəzifəsinə. Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Prezidenti seçiləndən sonra ilk təyinatlarından biri də sizi özünə köməkçi təyin etməyi idi. Ondan sonra sizi daha böyük vəzifəyə layiq gördü və Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etdi.

Təbii olaraq, Ulu Öndər Heydər Əliyev insanları tanıyırdı, onların peşəkarlığını, biliklərini və bilirəm ki, sizi də bir insan kimi həmişə yüksək qiymətləndirirdi. Həm dediyim keyfiyyətlərə, eyni zamanda, prinsipial mövqeyinizə görə. Sizin prinsipial mövqeyiniz bütün məsələlərdə özünü göstərirdi - həm ölkəmizin iqtisadi inkişafı ilə, həm də bütün başqa məsələlərlə bağlı.

Biz sizinlə 15 il işləmişik - 2003-cü ildən 2018-ci ilə qədər. Hesab edirəm ki, o illər Azərbaycan iqtisadiyyatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Azərbaycan iqtisadiyyatı o illərdə bəlkə də iki dəfə çox artmışdır və ölkə qarşısında duran əsas infrastruktur layihələrinin həlli, ya da ki, başlanması məhz o illərə təsadüf edir. Sizin rəhbərliyinizlə Nazirlər Kabineti Prezidentin tapşırıqlarını ləyaqətlə yerinə yetirirdi və bu gün Azərbaycanın dayanıqlı iqtisadi inkişafı təbii olaraq bizim müstəqilliyimizin əsasını təşkil edir. Birlikdə işlədiyimiz 15 il ərzində daim təmasda idik, məsələləri müzakirə edirdik, həll edirdik. 2018-ci ildən sonra da təmasdayıq. Şadam ki, siz yubileyinizi çox yaxşı fiziki formada qarşılayırsınız və sizi həmişə görmək mənim üçün xoşdur. İllər boyunca bir çox telefon söhbətimiz olubdur, bir çox məsələləri müzakirə etmişik. Sizi bu gün gözəl yubiley ərəfəsində dəvət etdim ki, sizə Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordenini təqdim edim. Bu gün imzaladığım Sərəncamla siz ölkəmizin ən ali mükafatına layiq görülmüsünüz. Siz buna layiqsiniz, siz Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz. Yenə də deyirəm, həm sovet dövründə, həm müstəqillik dövründə, özü də müstəqilliyimizin ən ağır dövrlərində atamın yanında olmusunuz. O, bunu qiymətləndirirdi, mən də həmişə qiymətləndirirdim və qiymətləndirirəm. Bu, tam ədalətli bir qərardır və icazə verin, mən bu yüksək ordeni sizə təqdim edim".

x x x

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Artur Rasi-zadəyə təqdim edib.

x x x

Əməyinə verdiyi qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Artur Rasi-zadə Ulu Öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməyin onun üçün ən böyük şərəf olduğunu deyib, Ümummilli Liderlə və Prezident İlham Əliyevlə uzun illər ərzində çalışmaqdan fəxr hissi keçirdiyini vurğulayıb. 

Artur Rasi-zadə Azərbaycan Prezidentinin tarixi hadisənin müəllifi olduğunu, torpaqlarımızın 30 illik işğalına son qoyduğunu və orada yeni həyatın başladığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Abbas Bağırov Bakıdan köçdü

Abbas Bağırov Bakıdan köçdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Məşhur aktrisa xərçəngdən vəfat etdi - FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Şəkinin 22 kəndi hələ də qazsızdır - Problem nə zaman həll olunacaq? – FOTO

Zaqatalada AĞIR QƏZA

Zaqatalada AĞIR QƏZA

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

III dünya müharibəsi baş verərsə, qaçmaq üçün ən təhlükəsiz 6 ÖLKƏ - SİYAHI

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

End of content

No more pages to load

RADİO