Bakıda NATO-nun mobil təlim qrupunun kursu KEÇİRİLİR - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Hərbi əməliyyatların hüquqi aspektləri” mövzusunda kurs keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirin açılışında çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi, ədliyyə general-mayoru Elçin Əliyev Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun son illər ərzində apardığı əməliyyatlar zamanı beynəlxalq hüququn bütün norma və prinsiplərinin qorunduğunu xüsusi qeyd edib.

General-mayor E.Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinə Beynəlxalq Humanitar Hüququn (Silahlı Münaqişələr Hüququnun) müddəalarının çatdırılması və əməl edilməsinə nəzarətin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, NATO-nun mobil təlim qrupunun təlimatçıları tərəfindən keçirilən kursun əsas məqsədi Silahlı Münaqişələr Hüququnun yaranması və prinsipləri, güc tətbiq etmək üçün hüquqi çərçivə sənədi, sülhə dəstək əməliyyatlarının hüquqi aspektləri, əməliyyatlarda hədəf almanın hüquqi aspektləri, mülki əhalinin müdafiəsi, mədəni sərvətlərin qorunması, rəhbər heyətin məsuliyyəti, NATO missiyalarında qüvvələrin statusu və imtiyazları, həmçinin sülhməramlı əməliyyatlar zamanı beynəlxalq müqavilələr mövzularında təcrübələrin aşılanmasıdır.
 

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil edilən kursda NATO-da beynəlxalq humanitar hüququn normaları və Silahlı Münaqişə Hüququ üzrə nəzəri biliklərin, o cümlədən xidməti fəaliyyətlər zamanı tətbiqi imkanlarının aşılanması ilə bağlı müxtəlif mövzular tədris ediləcək.


Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

End of content

No more pages to load

RADİO