İlham Əliyev və birinci xanım Ağdamda - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma hoteldə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, “Hilton Garden İnn” hoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub.

Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb.

Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır.

Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır.

Bildirildi ki, hoteldə işlərin icrası 60 faiz yerinə yetirilib.

“Hilton Garden İnn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm işlər görülsə də, böyük turizm potensialına malik Qarabağ işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı.

İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.

Ağdam rayonunda ən müasir standartlara cavab verən hotellərin inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

End of content

No more pages to load

RADİO