Kamran Əliyevdən media işçilərinin ölümü ilə bağlı beynəlxalq təşkilatlara RƏSMİ MÜRACİƏT

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına rəsmi müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Müraciətdə qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Belə ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtobusun rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 2 media əməkdaşı və 1 dövlət qurumunun əməkdaşı ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Vurğulanıb ki, qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla hazırda intensiv istintaq-əməliyyat  tədbirləri həyata keçirilir. 

Kamran Əliyev Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsini Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli  aktların davamı kimi qiymətləndirərək, onlardan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edib.

Eyni zamanda, Baş Prokuror insanların həyatını xilas edilməsinə  kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinasının Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmasını diqqətə çatdırmaqla, üçtərəfli Bəyanatın imzalandığı gündən hazıradək 18 mülki şəxsin həlak olmasını, 24 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasını qeyd edib.

Sonda Baş Prokuror, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən törədilmiş cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO