Paşinyan və Sinirlioğlu Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan və ATƏT-in baş katibi Feridun Sinirlioğlu arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanla Ermənistan arasında sülh prosesinin vacibliyi vurğulanıb.
Sinirlioğlu təşkilatın sülh və sabitliyin bərqərar edilməsi səylərini dəstəkləməyə hazır olduğunu təsdiqləyib.
Bizim.Media