3 iyun 2021-ci il tarixində Bakıda Azərbaycan və Rusiya Xarici Işlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, Azərbaycannın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.
Həmçinin tərəflər, bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Siyasi məsləhətləşmələrdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Bizim.Media