Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Binəqədi” yarımstansiyasının yenidən qurulması paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.
Sonra Prezident “Binəqədi” yarımstansiyasını işə salıb.
Bizim.Media