Hikmət Hacıyevin İran səfəri: DİPLOMATİYANIN AZƏRBAYCAN MODELİ

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cari ilin 1 fevral tarixində İran İslam Respublikasına səfər edib. Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Daha sonra Hikmət Hacıyev ölkəmizin İrandakı səfirliyinin yeni binasını ziyarət edib.

Prezdentin köməkçisi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub və səfirliyin yeni inzibati binası ilə tanış olub. 

Bir müddət qapısı bağlı qalan səfirliyimiz indi yeni binada, ölkəmizin nüfuzuna, adına layiq formada öz fəaliyyətini bərpa edib. 

Bundan sonra Hikmət Hacıyevin məntiqi ardıcılıqla sıralanan görüşləri region və dünya dövlətləri üçün ləyaqətli, cəsarətli diplomatiyanın Azərbaycan modelidir. 

İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüş xüsusi əhəmiyyət kəsb edir. Bu görüşdə ölkəmizin və xalqımızın ünvanına deyilən xoş sözlər, əslində, İranın yeni reallıqlarla barışdığını göstərir. 

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüş gözlənilən kimi keçdi. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb və Şimal Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd edilib. 

İran uzun müddətdir sanksiyalara davam gətirir, lakin iqtisadiyyat yorulur, dövlət inkişafdan geri qalır. Belə bir situasiyada İranın yeganə çıxış yolu Azərbaycandır. Artıq rəsmi Tehran başa düşür ki, Azərbaycanı tərəfdaş kimi itirmək onların çöküşü ilə nəticələnəcək. Bundan sonrakı görüşlər isə yuxarıya doğru olmalı idi və oldu da. 

Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə strateji müzakirələr aparıldı. Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı aparılan fikir mübadiləsi münasibətlərin yeni müstəviyə daşındığından xəbər verir. 

Və budur... Məntiqi sonluğun əyani nümunəsi: İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.

Görüşdə H.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb. İran Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. 

Bu diplomatiyanın İlham Əliyev modelidir, bu diplomatiyanın Azərbaycan modelidir. Zamanında üzərimizə gələn, düşməni gizli (red. daha sonra açıq-aydın) dəstəkləyən bir islam ölkəsi reallıq hissini itirmək üzərə idi. Azərbaycan konflikt, münaqişə yolunu seçmədi, reallığı ortaya qoydu.

Bəli, Prezident İIham Əliyevin ortaya qoymuş olduğu siyasi, iqtisadi və mədəni reallıqlar regionun bütün dövlətləri və xalqları üçün yeganə və unikal çıxış yoludur. Qəliz heç nə yoxdur, sadəcə rəsmi Tehran doğru yola çıxaraq yeni regional reallıqları qəbul etməyi bacardı. 

Səbuhi Abbasov, 7NEWS.az baş redaktoru, QHT sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

End of content

No more pages to load

RADİO