Ukraynalı ekspertdən ETİRAF: “Ruslar bu əraziləri də ələ keçirə bilər” – ÖZƏL

“Cəbhə xəttindəki vəziyyət əlbəttə ki, mürəkkəbdir, həmişə də belə olub. Hazırda Rusiya qüvvələri əsas diqqəti Pokrovsk-Kuraxov istiqamətindəki döyüşlərə yönəldib. Bununla belə, bu istiqamətlər bir-biri ilə qarşılıqlı əlaqəlidir – Kuraxov çıxıntısı tam bağlanmadan Rusiya ordusu Pokrovska qarşı genişmiqyaslı və intensiv hücum əməliyyatlarına başlaya bilməyəcək. Yəni onlar əvvəlcə cənub cinahını tam bağlamaq istəyirlər ki, Pokrovska hücuma keçə bilsinlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko deyib.

Şimali Koreya hərbi qüvvələrinin çoxsaylı itkilərindən sonra ərazidən çəkilməsi və hazırda Ukrayna-Rusiya müharibəsinin gedişi barəsində danışan ekspert, Rusiyanın istəklərinə çatmadığını qeyd edib.

“Eyni zamanda, Rusiya qüvvələrinin hazırda əsas məqsədi Pokrovsk bölgəsində hücum üçün əlverişli şərait yaratmaqdır. Yəni logistikanı kəsmək istəyirlər, amma bunu tam şəkildə həyata keçirə bilmirlər. Onlar hazırda şərqdən və qərbdən keçən yolları, Pokrovska daxil olan və çıxan magistralları bağlamağa çalışırlar. Mən gələcəkdə Rusiya ordusunun Dnepropetrovsk vilayətinin ərazisinə daxil olmasını istisna etmirəm. Lakin bunu hansısa panikaya səbəb olacaq, apokaliptik bir siqnal kimi qəbul etmək lazım deyil”, - deyə ekspert bildirib.

Hazırda rus ordusu cinahları formalaşdırır:

“Onlar Pokrovskini sağ və sol cinahlardan əhatəyə almaq istəyirlər. Pokrovsk isə tək bir şəhər deyil, o, böyük bir aqlomerasiya mərkəzidir. Həmçinin, əhalisinin sayı az olmayan Mirnoqrad kimi yaşayış məntəqəsi də bu aqlomerasiya daxilindədir. Buna görə də onlar kifayət qədər geniş cinahlar yaratmağa çalışırlar. Bu cinahların formalaşdırılması üçün onların Dnepropetrovsk vilayətinə daxil olub Pokrovskini qərb tərəfdən əhatəyə almağa ehtiyacı var. Amma Rusiya ordusunun Dnepr – yəni Dnepropetrovsk vilayətinin mərkəzinə hücum etmək üçün kifayət qədər resursu yoxdur”.

Aleksandr Kovalenko əlavə edib ki, Şimali Koreya ordusu yenidən Ukrayna ərazilərində görünə bilər:
 

“Onlar hazırda hətta Pokrovsk-Kuraxov istiqamətindəki əməliyyatları üçün resurs axtarışındadırlar. Hətta ən döyüş qabiliyyətli bölmələrinin olduğu yerlərdə belə resurs çatışmazlığı ilə üzləşirlər. Buna görə də 2025-ci il ərzində müəyyən bir məqamda və müəyyən bir istiqamətdə Şimali Koreya hərbi qüvvələrinin Ukraynaya gəlmə ehtimalını da istisna etmirəm. Yəni təkcə Kursk vilayətində deyil, həm də Ukrayna ərazisində Şimali Koreya hərbçiləri görünə bilər.


İlkin mərhələdə bu, Liman-Kupyansk və ya Kupyansk istiqaməti ola bilər. Amma resurs çatışmazlığının ən çox hiss olunduğu Pokrovsk-Kuraxov istiqaməti də bu baxımdan istisna edilmir”, - deyə Aleksandr Kovalenko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

End of content

No more pages to load

RADİO