Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçiliyi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə xalqımızı təbrik edib.
Bizim Media xəbər verir ki, təbrik açıqlamasında bu sözlər yazılıb: “28 illik uzun və açı həsrətdən sonra Azərbaycanın mədəniyyət paytaxtı, qədim şəhər Şuşanın erməni işğalından azad edilməsi Kuzey Kıbrıs türklərinin böyük sevincinə səbəb oldu.
Şimali Kipr Türk Cümhuriyyəti və KKTC Bakı Təmsilçiliyi adına Can Azərbaycanın zəfərini ürəkdən təbrik edirik. Dövlət Bayraq günündə Şuşada Azərbaycan bayrağı bir daha enməmək üzrə qürurla dalğalanır. Xeyirli və uğurlu olsun.
Ağanisə Sultan, Bizim Media