Cənubi Qafqazın 3 dövləti – İran 3-2 hesabı ilə Rusiya və Türkiyəni üstələyir

Amma İranın bu üstünlüyü dərin köklərə əsaslanmır. Tehran regionda ancaq Ermənistanla sıx münasibətlərdədir. 

Regionun üç böyük ölkəsi, Türkiyə, Rusiya və İranın Cənubi Qafqazın 3 dövləti ilə – Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlərində mövcud vəziyyət necədir?  

Türkiyə Gürcüstan və Azərbaycanla bütün müstəvilərdə ciddi müttəfiqlik edir. Ermənistanla isə əlaqələr dondurulub və beynəlxalq sferada Ermənistan tərəfindən Türkiyəyə qarşı düşmənçilik siyasəti aparılır. Rusiyanın Azərbaycan və Ermənistanla sıx əlaqələri var, siyasi və iqtisadi münasibətlərdə tərəfdaşlıq şərtləri ciddi şəkildə gözlənilir. Rusiyanın Cənubi Qafqazın üçüncü ölkəsi olan Gürcüstanla əlaqələri isə illərdir ki, qonşuluq siyasətindən çox-çox uzaqdır. Gürcüstanda Rusiyanı işğalçı hesab edirlər.

Regionda tək İrandır ki, hər üç dövlətlə diplomatik və iqtisadi əlaqələri şaxələndirə bilib. Onların içində ən yaxın ölkə isə Ermənistanı seçib. 

Görünən mənzərə budur ki, İran regionda nəzəri olaraq Rusiya və Türkiyəni üstələməyə nail olub. Amma bu üç ölkədən hansı Cənubi Qafqazda barışın olmasını istəyir və buna daha çox çalışır? 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə brifinqdə bəyan edib ki, "Türkiyə Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyir”. 

Amma heç kimə sirr deyil ki, beynəlxalq platforma üçün Cənubi Qafqazla bağlı çıxışlarda nə Moskva Ankranın, nə də Türkiyə Rusiyanın adını çəkir. Tehran isə heç birinin. 

Həqiqət haradadır və o nə diqtə edir? Bu baxımdan prosesləri ələkdən keçirtmək üçün politoloq Fikrət Sadıxovla əlaqə saxladıq.

Siyasi ekspert açıqlamasının əvvəlində qeyd etdi ki, biz təhlükəsizliyin tərəfdarıyıq:

“Türkiyə də bizimlə bu istiqamətdə addımlarını atır. Biz onu görür və yüksək qiymətləndiririk. Eyni zamanda, onu da anlayırıq ki, burada İran siyasəti var, Ermənistanla Rusiyanın ayrıca müttəfiqlik münasibətləri mövcuddur. Gürcüstan-Rusiya münasibətləri isə sıfır dərəcəsindədir. Onların diplomatik əlaqələri yoxdur. Həmçinin İranın da özünəməxsus bir diplomatiyası var və bəzi hallarda bu, regional dövlətlərin maraqlarına uyğun deyil. Amma Tehran İrəvanla demək olar ki, partnyorluq münasibətlərindədir. Əlbəttə ki, bu çətinliklər var və onların müəyyən dərəcədə ümumi işə maneçiliyi gündəmdədir. Buna baxmayaraq belə problemləri qismən arxa plana çəkmək lazımdır. Əgər bu dövlətlər Cənubi Qafqaz regionunda təhlükəsizliyin tərəfdarlarıdırsa və bölgədə stabillik yaratmaq, iqtisadi dividendlər qazanmaq, nəqliyyat-enerji layihələri həyata keçirtmək istəyirlərsə, o zaman bir araya gəlməlidirlər. Hər halda real addımlar nəticəsində bu məqsədə gəlib çatmaq olar. Yəni, mən ilk növbədə regionda stabilliyi, təhlükəsizliyi və eyni zamanda iqtisadi maraq çərçivəsindəki addımları nəzərdə tuturam”.

Politoloqun şərhindən sonra real mənzərəyə bir də nəzər salsaq görərik ki, Cənubi Qafqazda hələ uzun müddət maraqların balanslaşdırılması üçün işlər aparılmalıdır.

Ermənistanın verəcəyi sağlam qərar isə hər şeyi dəyişib sürətləndirə bilər, əks-halda buna məcbur ediləcək. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

Təranə Qumral qızları ilə efirdə AĞLADI - VİDEO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

"Nyukasl"ın "Qarabağ" HAZIRLIĞI - FOTO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Kobud qayda pozuntusu edən avtobus sürücüsünə qarşı hansı addım atılıb? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

Elnarə Abdullayeva üzgərmə əməliyyatı etdirib? - VİDEO

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

İran səfiri İtaliya XİN-ə ÇAĞIRILDI

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO