Məzahir Pənahov: “Seçkilər böyük maraqla qarşılanıb”

Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

Bizim.Media xəbər verir ki, MSK sədri Məzahir Pənahov bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib.

O qeyd edib ki, seçkilər elan olunduqdan sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb:

“MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb. Bələdiyyə seçkilərində ümumilikdə 71 min 209 nəfərin səsverməni müşahidə etmək hüququ var. Onların sırasına media nümayəndələri daxil deyil. Bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib”.

Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edildiyini deyən M.Pənahov istənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə biləcəyini vurğulayıb. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir.
 

Onun sözlərinə görə, bələdiyyə seçkiləri Azərbaycanda böyük maraqla qarşılanıb. Ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur.


Sədr qeyd edib ki, seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Azərbaycanda mövcud olan 125 dairənin 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Vurğulanıb ki, bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 min 625 nəfərdir. Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə bu gün saat 08:00-da başlayıb, 19:00-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Qazaxda yanğın olub, əraziyə FHN-in qüvvələri cəlb edilib

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

End of content

No more pages to load

RADİO