Azərbaycandakı bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib.
Bizim.Media xəbər verir ki, 685 bələdiyyəyə 8 min 71 nəfər üzv seçilməlidir.
118 seçki dairəsini əhatə edən səsvermə 5 min 8 yüz 46 seçki məntəqəsində keçirilir.
Seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Bələdiyyə seçkilərində iştirak etmək üçün 16 min 92 nəfər öz namizədliyini irəli sürüb.
Qanunvericiliyə uyğun olaraq, səsvermə 19:00-a qədər davam edəcək.
Günay Şahmar, Bizim.Media