“Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Bu qaz Ukrayna, Moldova, Slovakiya və digər ölkələrə də bəs edər”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski bildirib ki, Ukrayna Azərbaycandan təbii qazın Avropaya tranzitinə hazırdır və razılıq əldə olunarsa, müqavilə tezliklə imzalana bilər: “Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Tərəflər Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bizim.Media