Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası Bakıda keçiriləcək - FOTO

İslamabad şəhərində yanvarın 24-də Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iclasda Azərbaycanın müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev və Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri, Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətlərinin üzvləri, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, komissiyanın həmsədri Xavaca Məhəmməd Asif Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, iki qardaş ölkə arasında tarixi dostluq əlaqələri, uzunmüddətli uğurlu əməkdaşlıq münasibətləri haqqında danışıb.

O, Pakistanın və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasında dostluq bağlarının, müxtəlif sahələrdə yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verdiyini qeyd edərək, bu əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin aidiyyəti qurumlarının göstərdiyi səyləri yüksək qiymətləndirib.

Komissiyanın həmsədri Vüqar Mustafayev Pakistan Hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə Azərbaycan nümayəndə heyəti adından təşəkkürünü bildirib.

V.Mustafayev ölkələri yüksək hörmətə və etimada, çoxillik dostluq və qardaşlıq münasibətlərinə əsaslanan unikal əlaqələrin birləşdirdiyini qeyd edib.

Komissiyanın həmsədri Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin 2024-cü ildə qarşılıqlı səfərlərinin ölkələr və xalqlar arasındakı tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini, çoxşaxəli əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini qeyd edib.

Nazir ötən il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini xüsusi vurğulayaraq bu mötəbər və qlobal tədbirdə qardaş Pakistanın fəal iştirakına görə minnətdarlığını bildirib.
 

V.Mustafayev Birgə Komissiyanın VIII iclasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı yeni mərhələyə daşıyan mühüm məsələlərin səmərəli müzakirə edildiyini, qarşılıqlı mənfəət üçün əlverişli mühitin yaradıldığını qeyd edib.


İclasda müdafiə sənayesi, informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal idarəetmə və nəqliyyat, sosial innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi ilə yanaşı, təhsil, elm, səhiyyə, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, idman, gənclər, mədəniyyət və digər sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.

Tədbirdə Birgə Komissiyanın növbəti IX iclasının Bakıda keçirilməsi qərara alınıb.

Sonda Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair Protokol imzalanıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu futbolçular “Fənərbağça”dan gedəcək

Bu futbolçular “Fənərbağça”dan gedəcək

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

Qazaxda yanğın - VİDEO

Qazaxda yanğın - VİDEO

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

End of content

No more pages to load

RADİO