Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin sədrləri ilə görüş oldu - FOTO

Yanvarın 22-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Əli Əhmədov Türkiyədə baş vermiş dəhşətli yanğında həlak olanlarla bağlı dərin kədərini ifadə edib və Türkiyə xalqına başsağlığı verib.

Sonra o, Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin “İqlim dəyişmələri və sağlamlıq:

Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirinə dair cavab tədbirləri” mövzusunda keçirilmiş ikinci iclasında aparılan müzakirələrin əhəmiyyətini vurğulayaraq, onlara bu istiqamətdə qəbul edilən qərarların reallaşdırılmasında uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səhiyyənin yüksək inkişafına nail olunduğunu, ölkəmizin COVID-19 pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində dəyərli təşəbbüslərə müəlliflik etdiyini diqqətə çatdırıb.

O, ölkəmizin qlobal iqlim dəyişiklikləri ilə mübarizədə ön sıralarda durduğunu bildirib və buna misal olaraq ötən il ölkəmizdə keçirilmiş COP29-un uğurlu nəticələrini xatırladıb.
 

Müxtəlif çeşidli məsələlərin, o cümlədən səhiyyə sahəsində mövcud olan problemlərin türk dövlətləri ilə birlikdə həm də parlament ölçüsündə həllinə nail olunması üçün TÜRKPA-nın vacib platformaya çevrildiyini söyləyən Milli Məclis sədrinin birinci müavini qarşılıqlı fayda əsasında formalaşan birgə fəaliyyət sayəsində əhəmiyyətli nəticələrin əldə ediləcəyinə inamını ifadə edib.


Görüşdə Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilgin, Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva, Özbəkistan Respublikası Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri Bahrom Abdullayev və Şimali Kipr Türk Respublikası Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədr müavini Filiz Besim səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Azərbaycan parlamentinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qonaqlar iqlim dəyişikliklərinin neqativ təsirləri ilə mübarizə kontekstində TÜRKPA çərçivəsində Türk dünyasının səhiyyəsinin inkişafına mühüm töhfə verən əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu futbolçular “Fənərbağça”dan gedəcək

Bu futbolçular “Fənərbağça”dan gedəcək

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

Qazaxda yanğın - VİDEO

Qazaxda yanğın - VİDEO

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyinə yeni yoluxma qeydə alınıb

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Bazara gedənlərin diqqətinə: apreldə bu məhsullar ucuzlaşacaq

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

End of content

No more pages to load

RADİO