“Azərbaycanın Ermənistanla postmünaqişə mərhələsində təmasları davam edir”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir və bu il də proses davam edəcək.
C.Bayramov vurğulayıb ki, növbəti belə görüşün tarixi hələ bəlli deyil.
Bizim.Media