Yalanlar SİLSİLƏSİ – Rusiya təyyarəmizin vurulması ilə bağlı uydurmalara nə vaxt “STOP” DEYƏCƏK?

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması hər birimizi dərindən sarsıtdı. Çünki faciəvi hadisə zamanı 26-sı Azərbaycan vətəndaşı olmaqla 38 nəfər həyatını itirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Rusiyanın bəzi şəhərlərinə uçuşların dayandırılması göstərişini mən vermişəm” - VİDEO


Üstəlik, qəzadan sonra ortaya çıxan faktlar daha çox suallar doğurdu. Belə ki, ilkin araşdırmalar nəticəsində məlum oldu ki, təyyarəmiz Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. Yəni, faktiki olaraq, təyyarəmiz Rusiya tərəfindən vurulub.

Saxta iddialar

Təəssüflər olsun ki, Rusiya mətbuatı ilk gündən etibarən AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatları təhrif etmək yolunu seçdi. “Ekspert”lərin dili ilə gah təyyarədə “qaz balonunun partlaması”, gah da “quşlarla toqquşma” versiyaları ortaya atıldı. Lakin pilotlarımızın qəhrəmanlığı sayəsində Aktauya endirilən təyyarənin üzərindəki qəlpə izləri və şahid ifadələri bu versiyaları çürütdü. 

Ancaq bir neçə gün davam edən susqunluqdan sonra əks-arqument tapa bilməyən Rusiya dairələri Azərbaycanı hədəf almaq yolunu seçdilər. Utanmadan ölkəmizin ünvanına təhqirlər səsləndirərək, haqlı tələblərimizə qarşı düşmən mövqeyi tutdular. Bunun üçün yeni uydurma versiyalar önə sürərək, qəhrəman pilotlarımızın təhrif olunmuş səs yazısını yayımlamaqla, günahı onların üzərinə atmaqdan belə çəkinmədilər. Onlar bu yolla yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdılar. Hətta daha da irəli gedərək, Azərbaycanı günahkar çıxarmağa da cəhd etdilər. 

Sifariş haradan gəlib?

Təbii ki, bu cür absurd iddiaları yayanlar və yalan məlumatlara əsaslanıb ölkəmizi hədəf alanlar özbaşına hərəkət etmirlər. Bunu anlamaq üçün Rusiyada hazırki sosial-siyasi duruma baxmaq kifayətdir. Məlumdur ki, 2022-ci ilin fevralından etibarən Ukrayna müharibəsi ilə bağlı Rusiyada kim Kremlin maraqlarına zidd fikirlər səsləndirsə, buna görə cəzalandırılır, həmin şəxs barəsində lazımi tədbir görülür. Bu proses faktiki olaraq Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarətdə saxlanılır. 

Bu faktı və Rusiya reallıqlarını nəzərə alsaq, ölkəmizə qarşı kampaniyanın haradan idarə olunduğunu aydın şəkildə görə bilərik. Yəni Rusiyanın hakimiyyət dairələri neonasistlərin dili ilə Azərbaycanı hədələmək və saxta versiyalar tirajlamaq yolunu seçib.

Rusiya qalan dostlarını itirmək istəyir?

Hazırki siyasi reallıqlar şəraitində Rusiyanın hansı duruma düşdüyü göz önündədir. Ukrayna ilə müharibə başladıqdan sonra Moskva faktiki olaraq dünyanın böyük hissəsindən təcrid olunub və tarixdə misli görülməmiş sanksiyalarla üzləşib. Bu şəraitdə Rusiya ilə müharibədən əvvəlki qaydada münasibətlərini davam etdirən ölkələrin sayı barmaqla sayılacaq qədərdir. 

Ancaq görünən qədərilə, Rusiya düşdüyü bataqlıqdan çıxmaq üçün dost ölkələrlə əməkdaşlığı gücləndirmək yerinə, yeni düşmənlər qazanmağı daha məqbul sayır. Əks təqdirdə, AZAL-ın təyyarəsinin vurulması ilə bağlı bu cür münasibət sərgilənməzdi.

Ən azı, boş və mənasız versiyalar uydurmaq yerinə, təyyarənin üzərindəki “Pantsir” HHM sisteminin qəlpələrinin izləri ilə bağlı izahat verilərdi. 

Bəs Rusiya nə etdi?

“Söz bitən yerdə söyüşlər işə düşər” fikrinə uyğun davranış sərgiləyən Rusiya dairələri qəza ilə bağlı suallara cavab vermək, öz vəzifələrini icra etmək yerinə oyun oynamağı seçdi. Hər vasitə ilə, şeytanın belə ağlına gəlməyən uydurmalar tirajlamaqla diqqət yayındırmağa üstünlük verdilər. 

Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir.

Hətta faciəni iyrənc sovet propoqandası ilə manipuliyasiya etmək istəyənlər də var ki, onlar üçün Rusiya KİV-də geniş meydan yaradılıb.

Azərbaycanın tələbi

Bütün bu manipuliyasiya və ucuz şoulara rəğmən Azərbaycan öz təmkini qoruyur, faciə baş verməsinə baxmayaraq məsələyə obyektiv münasibət göstərir. Nə Azərbaycan hökuməti, nə də ictimaiyyət təyyarəmizin vurulmasına görə Rusiyanı təhqir etmir. Sadəcə haqlı suallar ünvanlayaraq, həqiqtin ortaya çıxmasını istəyir. 

Azərbaycanın əsas tələbi isə beynəlxalq təcrübəyə uyğun olaraq, Rusiyanın üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməsidir. 

Ölkəmizin tələblərini isə Prezident İlham Əliyev dekabrın 29-da “Azərbaycan Televiziyası”na müsahibəsində açıq şəkildə ifadə edib:

“Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”.

Göründüyü kimi, Azərbaycanın gözləntiləri və Rusiyanın yerinə yetirməli olduğu tələblər bəllidir. Rusiya tərəfinin haqlı tələbləri yerinə yetirmək, yoxsa hazırda olduğu kimi nağıllar uydurmağa davam etmək yolunu seçəcəyi isə sual altındadır...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu futbolçular “Fənərbağça”dan gedəcək

Bu futbolçular “Fənərbağça”dan gedəcək

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

End of content

No more pages to load

RADİO