Bu il Macarıstan və Azərbaycanda Türk Dövlətləri Təşkilatının zirvə görüşləri keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
XİN başçısı vurğulayıb ki, Budapeştdə keçiriləcək görüş yazda, Bakıda keçiriləcək görüş isə payız aylarında baş tutacaq.
Bizim.Media