Azərbaycan ən çətin günlərimizdə yanımızda olub.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Nazir qardaş Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib:
“20 Yanvar şəhidlərini bir daha rəhmətlə anırıq, Allah bir daha belə faciələr yaşatmasın.Biz bütün zamanlarda həmişə bir-birimizin yanında olduq, bundan sonra da eyni yolu yeriməyə davam edəcəyik”, - nazir deyib.
Bizim.Media