Azərbaycanın Rusiyadakı Səfirliyi Novosibirsk şəhərində polis əməkdaşının silahla qətlə yetirdiyi azərbaycanlı gənc barədə məlumat yayıb.
Səfirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət olunub.
“Bu ilin 28 may tarixində Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - deyə məlumatda vurğulanıb.
Bizim.Media