Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərinə gedib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində təlimdə iştirak edən ölkələrin HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
General-leytenant R.Tahirov hərbi aviasiya sərgisində nümayiş etdirilən müasir pilotsuz uçuş aparatları və hərbi aviasiyada istifadə olunan ən yeni texnoloji avadanlıqlarla tanış olub.
Bizim.Media