“Putin Trampla Bakıda görüşə bilər” – EKSKLÜZİV

Xəbər verdiyimiz kimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.

Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals isə “ABC News” telekanalına ABŞ-ın seçilmiş prezidenti və Rusiya lideri arasında telefon danışığının yaxın gələcəkdə baş tuta biləcəyini deyib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib.

"Nə qədər qəribə də olsa, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq. Hadisələrin mümkün və ya qeyri-mümkün inkişafını əvvəlcədən təxmin etməmək üçün onların adlarını deməyəcəyəm. Amma belə təklif olub və indi də var".

O bildirib ki, görüş üçün üç neytral paytaxtın adı çəkilir.

Onlardan biri MDB-də (güman edilir ki, Astana və ya Bakı), ikincisi Mərkəzi Avropada (Vyana), üçüncüsü isə İstanbul olaraq göstərilir. Bakı və Vyana görüş üçün daha uyğun məkanlar hesab edilir.

Qeyd edək ki, məhz Bakıda Rusiya Baş Qərargahı və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbərlərinin daimi görüşləri keçirilib. Yəni, iki ölkə rəsmilərinin Azərbaycanda görüşünün keçirilməsi üçün təcrübə mövcuddur.

Rusiyanın dövlət və ictimai xadimi, diplomat, politoloq Sergey Markov özünün "Telegram" kanalında yazıb ki, Azərbaycanın paytaxtı Bakı Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin seçilmiş dövlət başçısı Donald Trampın potensial sammitinin keçirilməsi üçün ən çox ehtimal olunan yerdir.

Bəs bütün dünyanın böyük maraqla gözlədiyi görüş paytaxtımızda baş tuta bilərmi?


Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Bizim.Media-ya açıqlamasında bu ehtimalın mümkünlüyündən bəhs edib:
 

MÖVZU İLƏ BAĞLI:

İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi edəcək?


“Bu gün bütün dünya ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin baş tuta biləcəyi hər hansı bir görüşü böyük maraqla gözləyir. Çünki, bu görüş dünyanın yaxın gələcəyi müəyyən edəcək. Təbii ki, bu görüşdən bir qədər az maraq doğuran məsələ sammitin hansı ölkədə baş tuta bilməsidir. Bu elə bir ölkə olmalıdır ki, orada həm ictimai-siyasi sabitlik, həm yüksək təhlükəsizlik tədbirləri görülmüş olsun, həm də hər iki lider üçün arzuolunan variant kimi qəbul edilsin.

Bu mənada beynəlxalq ekspertlər bir neçə variant irəli sürürlər. İrəli sürülən ölkələr arasında BƏƏ, Səudiyyə Ərəbistanı, İsveçrə və Türkiyənin də adı var. Mən hesab edirəm ki, Putinlə Trampın görüşməsi üçün ən optimal variant Bakıdır. Ona görə ki, Azərbaycan müstəqil siyasət yürüdən suveren bir ölkədir. Azərbaycan heç bir hərbi bloka və İttifaqa qoşulmayıb. Ən başlıcası Bakı son dönəmdə dünyanın ən önəmli beynəlxalq tədbirlərin keçirildiyi bir məkandır.

Təsadüfi deyil ki, məhz Bakıda Rusiya Baş Qərargahı və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbərlərinin daimi görüşləri keçirilib. Sonuncu dəfə isə BMT-nin ən böyük tədbiri olan COP29-a Bakı uğurla ev sahibliyi edib. Və COP29-un yekunları göstərdi ki, Bakı istənilən beynəlxalq problemlərin həlli üçün ən uğurlu platformadır”.

Ən optimal variant Azərbaycandır

“Rusiya və ABŞ liderlərinin görüşünün təşkili üçün müvafiq ölkələrin siyahısına nəzər salsaq, ən optimal variant Azərbaycandır. Çünki Azərbaycan həm yüksək təhlükəsizlik baxımından, həm də işgüzarlıq mühiti baxımından unikal variantdır. Əminəm ki, rəsmi Bakı belə bir görüşün yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək. Ona görə də yaxın gələcəkdə belə bir mötəbər görüşün təşkili üçün məkan axtararkən Azərbaycanın üzərində dayanmaq çox yaxşı olardı”, - deyə Korotçenko əlavə edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

End of content

No more pages to load

RADİO