“Prezident İlham Əliyevin mesajları xain və bədxah dairələrdə ciddi təşvişə səbəb olub”-Fərid Şahbazlı

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın daxili və xarici siyasətinin əsas prioritetləri, iqtisadi və sosial inkişaf, Türk Dövlətləri Təşkilatının perspektivləri, Qərbi Azərbaycana qayıdışla bağlı suallara cavab vererkən bir sıra mühüm mesajlar verib. Cənab Prezidentin müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının tutduğu mövqe ilə bağlı sərrast fikirləri, xəbərdarlıqları daxili və xarici auditoriyada böyük maraq doğurmaqla yanaşı, ölkəmizə düşmən kəsilən bəzi xain və bədxah dairələrdə ciddi təşvişə səbəb olub”.

Bizim.Media xəbər verir ki, bu sözləri editor.az-a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi, regionda yaranan yeni siyasi reallıqlar, Ermənistanın silahlanması, erməni siyasi dairələrində tez-tez səsləndirilən revanşist çıxışlar Prezidentin gündəmində idi: “Cənab Prezident bütün bu məsələlərə özünün sabit, davamlı və konkret münasibətini bir daha ortaya qoyaraq, xəbərdarlıq etdi. Dövlət başçısı konkret şəkildə bildirdi ki, müstəqil Ermənistan dövləti əslində, faşist dövlətdir. Prezident bildirdi ki, əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar və elə bir faşist dövlətlə biz qonşuyuq. Azərbaycan lideri haqlı olaraq, bəyan etdi ki, Ermənistan tərəfindən faşizm təhlükəsi sovuşmur və bu faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik”.

Fərid Şahbazlı bildirib ki, Fransa ilə münasibətlər də dövlət başçısının diqqət mərkəzində idi.

Prezident rəsmi Parisin bitib-tükənməyən Azərbaycanfobiya siyasətinə də konkret və sərt reaksiya verdi:

“Cənab Prezident bildirdi ki, Fransa prezidenti Azərbaycana qarşı növbəti dəfə cəfəng ittihamlar irəli sürüb. O qeyd etdi ki, görünür ki, Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Cənab Prezident haqlı olaraq Fransanın Azərbaycanın bu ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı iddialarını rədd etdi. O qeyd etdi ki, özlərini böyük dövlət adlandıran bir prezidentin uzaqda – Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkməsi ilə bağlı açıqlaması reallıqdan və adekvatlıqdan tamamilə uzaqdır”.

Siyasi şərhçi bildirib ki, Cənab İlham Əliyev qonşu İranda tez-tez səsləndirilən anti-Azərbaycan çıxışlara, xüsusilə bu yaxınlarda Ərdəbil məscidi axundunun Azərbaycan və Türkiyə ilə bağlı sərsəm fikirlərinə olduqca sərt və adekvat mövqe ortaya qoyub: “İranda Azərbaycana qarşı mütəmadi təşkil edilən hücumların İİR-nın dövlət siyasətinin tərkib hissəsi olma ehtimalı olduqca yüksəkdir. Bu baxımdan Cənab Prezidentin Ərdəbil məscidi axundunun sərsəmləmələri ilə bağlı ünvanladığı suallar tamamilə dəqiqdir. Təsadüfi deyil ki, ölkə başçısı İran rəhbərliyinə müraciət edərək sual etdi ki, Azərbaycana qarşı davamlı təhqirlər yağdıran əyalət mollasını vəzifəyə kim təyin edib, onun təhqirlərinin dövlət tədbirində və televiziyasında yayınlanmasına kim imkan yaradıb? Prezident açıq formada qeyd etdi ki, Ərdəbildə təşkil edilən tədbirdə həm Türkiyə, həm Azərbaycana qarşı təhqirlərə yol verilib. O prinpial formada tələb etdiki, əyalət mollası üzr istəməli və qovulmalıdır”.

Fərid Şahbazlı qeyd edib ki, dövlət başçısı xalqı narahat edən bu və digər problemlərə çox ətraflı, detallı şəkildə şərh verməklə, həm öz, həm də Azərbaycan Respublikasının prinsipial mövqeyini ortaya qoydu. Siyasi şərhçinin sözlərinə görə, həmin mövqenin əsas parametrləri ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət kursu həyata keçirir. Dövlət başçısının mövqeyindən aydın olur ki, Azərbaycan öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir, yox, əgər onlar bunu istəmirlərsə, qarşılığını artıqlaması ilə alacaqlar: “Azərbaycan Avropa dövlətləri və Avropa təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Lakin Avropa dövlətləri bundan sonra da Azərbaycana yuxarıdan aşağıya baxacaqlarsa, ölkəmizin ünvanına çirkin qarayaxmaları, cinayətkar Ermənistanı silahlandırmağı və himayə etməyi davam edəcəklərsə, o zaman onlarla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Hər halda bu gün Azərbaycanın Avropaya deyil, Avropanın Azərbaycana olan ehtiyacı göz qabağındadır. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan hazırda 12 xarici ölkəyə qaz ixrac edir.

Onların arasında Avropa ölkələrinin sayı 10, Avropa İttifaqı üzvü olan ölkələrin sayı isə 8-dir. Düşünürəm ki, bu faktın özü çox şey deyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda yaşayış binasında YANĞIN - Xəsarət alan var

Sumqayıtda yaşayış binasında YANĞIN - Xəsarət alan var

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur

Şuşakənd və Xanyurdu sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO/VİDEO

Şuşakənd və Xanyurdu sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO/VİDEO

Kiberpolisdən əməliyyat: Xaricdə 1 milyonluq kriptovalyutanı ələ keçirib Azərbaycana qaçdılar – VİDEO

Kiberpolisdən əməliyyat: Xaricdə 1 milyonluq kriptovalyutanı ələ keçirib Azərbaycana qaçdılar – VİDEO

Xalq artisti ürəyindən MÜALİCƏ OLUNDU - VİDEO

Xalq artisti ürəyindən MÜALİCƏ OLUNDU - VİDEO

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxundu - VİDEO

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxundu - VİDEO

Səidə Bəkirqızı “Space TV”dən ayrıldı – VİDEO

Səidə Bəkirqızı “Space TV”dən ayrıldı – VİDEO

Gəncə Yeni ili qarşılamağa hazırlaşır – VİDEO

Gəncə Yeni ili qarşılamağa hazırlaşır – VİDEO

Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Xətt çəkilib, sayğac qoyulub, amma SU YOXDUR - Şağan sakinlərindən ŞİKAYƏT

Xətt çəkilib, sayğac qoyulub, amma SU YOXDUR - Şağan sakinlərindən ŞİKAYƏT

Zelenski rus vətəndaşlığı alan idmançını prezident təqaüdündən məhrum etdi

Zelenski rus vətəndaşlığı alan idmançını prezident təqaüdündən məhrum etdi

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı – FOTO/VİDEO

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı – FOTO/VİDEO

“Kristal” qlobal kabel istehsalçısı “Prysmian Group” ilə memorandum imzalayıb!

“Kristal” qlobal kabel istehsalçısı “Prysmian Group” ilə memorandum imzalayıb!

Bu il Azərbaycanda qeydə alınan zəlzələlərin SAYI

Bu il Azərbaycanda qeydə alınan zəlzələlərin SAYI

Prezident Fred Asifin oğlunu təltif etdi – FOTO

Prezident Fred Asifin oğlunu təltif etdi – FOTO

3 ildir itkin sayılırdı, meyiti öz həyətində tapıldı – Dəhşətli cinayətin baş verdiyi EVDƏN – VİDEO

3 ildir itkin sayılırdı, meyiti öz həyətində tapıldı – Dəhşətli cinayətin baş verdiyi EVDƏN – VİDEO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi TARİX AÇIQLANDI

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi TARİX AÇIQLANDI

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Torpaq altından baş qaldıran TARİX - Arxeoloqlar 2025-ci ildə nəyi üzə çıxardı?

Torpaq altından baş qaldıran TARİX - Arxeoloqlar 2025-ci ildə nəyi üzə çıxardı?

Şuşa məktəbinin direktoru vəfat etdi

Şuşa məktəbinin direktoru vəfat etdi

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

End of content

No more pages to load

RADİO