Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bizim.Media bildirir ki, bununla bağlı Türkiyə Xarici İşlər naziri "Twitter"də paylaşım edib.
"Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhraman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır.
"Üç rəngli bayrağınla məsud yaşa, can Azərbaycan!" - Mövlud Çavuşoğlu qeyd edib.
Bizim.Media