Azərbaycanın nümayəndə heyəti İrana səfər edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tehrana səfərə gedib.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə ediləcək.
Bizim.Media