Rəsmi Bakıdan Makronun iddialarına CAVAB

“Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir.

Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddialarına dair medianın sualına cavabında qeyd edilib.
 

“Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb.


Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.

Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”.

Qeyd edək ki, 6 yanvar 2025-ci il tarixində Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

End of content

No more pages to load

RADİO