“Ölkəmiz tərəfindən Ukraynaya humanitar yardım göstərilməsi davam etdirilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Qeyd edilib ki, indiyə qədər verilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların ümumi məbləği 70 milyon manata (təxminən 40 milyon ABŞ dollarından artıq) çatıb.
Həmçinin bildirilib ki, Azərbaycan kiçik ada dövlətlərinə 31 min ABŞ dollarlıq könüllü maliyyə töhfəsi ayrılıb:
“Bu il ərzində Azərbaycan qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini aktiv şəkildə davam etdirib. Azərbaycan 2024-cü ildə Bosniya və Herseqovina, Çili, Kolumbiya, Kuba, Qrenada, Sent Vinsent və Qrenadin, Antiqua və Barbuda, Vyetnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabve, Tacikistan, Qambiya və Uqandaya yardımlar edib”.
Bizim.Media