Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.
Bizim.Media