Dövlət başçısının ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin
vitse-prezidenti, Gürcüstan parlamentinin deputatı Ramaz Nikolaişvili Prezident İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün təkcə həyatınızın daha bir ilini deyil, həmçinin ölkənizə və xalqınıza verdiyiniz mühüm töhfələri əks etdirir.

Azərbaycan Sizin rəhbərliyinizlə möhtəşəm nailiyyətlər əldə edib. Prezident olaraq nümayiş etdirdiyiniz müstəsna liderliyə görə Sizə səmimi heyranlığımı bildirirəm. Sizin qətiyyətli mövqeyiniz və Azərbaycanın maraqlarının müdafiəsinə sadiqliyiniz ölkənizi həqiqətən də regionda ümid və tərəqqi mayakına çevirib.

Sizə möhkəm cansağlığı, davamlı uğurlar, ailənizin və dostlarınızın əhatəsində bol-bol sevinc arzulayıram. Qoy qarşıdan gələn il Sizə və gözəl ölkənizə daha böyük nailiyyətlər və imkanlar gətirsin!

Bir daha doğum gününüz mübarək, cənab Prezident!”

***

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç Prezident İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, əziz dost.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Böyük çağırışlara baxmayaraq, dünya 2025-ci ilin başlanmasını qarşıda daha parlaq günlərin olacağı ümidi ilə gözləyir.

Azərbaycan öz potensialı, iqtisadiyyatı, mədəniyyəti və digər xalqlarla paylaşdığı ortaq dəyərləri ilə hər kəs üçün imkanların və uğurların olduğu dünya qurmağa töhfə verir. Dövlətin qarşısında duran əsas vəzifələri səmərəli şəkildə yerinə yetirmək və beynəlxalq məsələlərin həllində kompromislər tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Şadam ki, Sizə dost deyə müraciət edə və ünsiyyət qura bilirəm.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və xalqınıza Yeni ildə ən xoş arzularımı çatdırıram”.

***

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.


Doğum gününüz münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ailəsi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuram.

Bu əlamətdar gün Sizin uzaqgörən liderliyinizi və Azərbaycan Respublikasının tərəqqisinə, firavanlığına daimi sadiqliyinizi qeyd etmək üçün gözəl fürsətdir. Zati-alinizin dayanıqlı inkişafın təşviqi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün göstərdiyi fədakarlıq istər Azərbaycanda, istərsə də dünya miqyasında böyük heyranlıq doğurmuşdur.

ICESCO Azərbaycanla möhkəm tərəfdaşlığı, həmçinin İslam dünyasında və onun hüdudlarından kənarda təhsil, elm və mədəniyyəti inkişaf etdirmək üçün ortaq missiyamıza verdiyiniz davamlı dəstəyi yüksək qiymətləndirir.


Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Uca Allah Sizə daha böyük nailiyyətlər və gözəl xalqınıza davamlı rifah nəsib etsin!

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

End of content

No more pages to load

RADİO